Dünya üzrə koronavirusa yoluxma səviyyəsində artım müşahidə olunur.

Gündəlik statistik nəticələr isə sevindirici heç nə vəd etmir.  Koronavirusun müxtəlif ştammları ilə bağlı xəbərlər gündəmi zəbt edib...

Bu statistik rəqəmlərin günbəgün artdığı ölkələrdən bir də Gürcüstandır. Ölkə artıq “qırmızı zona”ya daxil edilib. Gündəlik yoluxma sayı 2 mini üstələyir... Lakin bütün bunlara rəğmən qapanma olmayacaq.

"Hazırda ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq ölkəni bağlamaq planı yoxdur. Bu gün hökumətin iclasında başqa bir yol seçdik hansı ki, bu yol pandemiyanı idarə etmək yoludur".

Bu barədə baş nazir İrakli Qaribaşvili açıqlama verib. Baş nazirin sözlərinə görə, belə bir qərarın verilməsi ölkə iqtisadiyyatını qorumaq məqsədi güdür: "Son vaxtlar vətəndaşlar arasında çox danışılır ki, ölkədə kilidlənmə olacaq. Başqa yolu seçdiyimizi bildirmək istəyirəm - bu idarəetmə yoludur. Ümumiyyətlə, epidemiyanı təsirli şəkildə idarə etmək üçün hər şeyi etməliyik. Ölkəmiz yeni məhdudiyyətlərə tab gətirə bilməyəcək, nə kilidləmə, nə də məhdudiyyətlər əsaslandırılmayacaq, üstəlik, bu, ölkəmizin iqtisadiyyatı üçün zərərli olacaq", - deyə baş nazir İ.Qaribaşvili bildirib.

Qeyd edək ki, son illər Gürcüstana artan turist axını fonunda ölkədə çox adam öz gəlir mənbəyini bu biznesə hesablayaraq qurmuşdu. Hətta çox insanlar öz şəxsi həyət evlərini də bu gəlirli biznes sahəsinə görə otelə çevirmişdilər. Şəxsi evlərdə otelçilik təcrübəsi inkişaf etməkdəydi. Qiymətlərin normal olması səbəbindən azərbaycanlı turistlərin də çoxu bu ölkədə istirahət etməyə üstünlük verirdilər. Ölkənin turizm sənayesi çox uğurla irəliləyirdi. Və bu gün pandemiya səbəbindən bütün dünyada, o cümlədən Gürcüstanda da  turizm sahəsində geriləmə müşahidə olunur və bu da təbii ki, əhalinin gəlirlərinin azalmasına, iqtisadi tənəzzülə gətirib çıxarır. Və bu anlamda Qaribaşvilinin əndişəsi başa düşüləndir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN