Sosial şəbəkələrdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının bərbad vəziyyəti ilə bağlı görüntülər yayılıb.

Paylaşımlarda bildirilib ki, xəstəxana 6 milyon 400 min manata başa gəlsə də, palatadakı döşəklər sökülmüş haldadır. İkinci mərtəbədə artıq döşəmə çökür. Döşəmə yararsız halda olduğu üçün xəstələr gəzdikləri yerdə ayaqaları büdrəyir.

Paylaşımda məlumat üçün xəstəxananın baş həkimi Paşa Muradov olduğu bildirilib.

Soruşulur ki, Paşa müəllim, belə bərbad vəziyyətdə olan xəstəxanada hansı xəstə şəfa tapar?! Çox güman ki, yerli vətəndaşlar xəstəxanaya düşməməkdən ötrü dua edirlər.

İctimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli bu barədə fikirlərini mediaya bölüşüb: “Səhiyyə sistemimimiz bərbad haldadır. Təəssüf ki, bütün xəstəxanalarda vəziyyət eynidir. Çünki daxildə rəqabət var. Müflisləşdirmə siyasəti aparılır. Halbuki müstəqilliyin verdiyi dəyərlərdən biri modern səhiyyə sisteminin olmasıdır. Təcrübəsiz, naşı, korrupsiya və rüşəvətə qurşanmış məmurlara səlahiyyət verilib".

Z.Məmmədli, həmçinin çıxış yolunu göstərib: “6 milyon 400 min manata bir klinika tikmək olardı, nəinki təmir etmək. Əfsuslar olsun ki, oxşar vəziyyət digər sahələrdə də hökm sürür. Deməli, köklü islahatlara ehtiyac var. Yalnız bu halda anormal vəziyyətdən qurtarmaq mümkündür. Vətəndaş dövlətin onun sağlamlığına qarant olduğunu hiss etməlidir”.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN