İnformasiya texnologiyaları inkişaf etdikcə insanların vaxtını alan, yorucu olan bir çox işlərin tez həyata keçirilməsi, əməliyyatların aparılması, əlçatanlığı... asanlaşır.

Bu baxımdan, artıq tibbi arayışların və “xəstəlik vərəqləri”nin elektron formada verilməsi də planlaşdırılır.

Özbəkistan Respublikasında iyulun 1-dən Nəvai və Sırdərya vilayətlərində, oktyabrın 1-dən Daşkənd, Daşkənd və Səmərqənd vilayətlərində, 2024-cü il yanvarın 1-dən isə digər bölgələrdə tibbi arayışların və “xəstəlik vərəqələri”nin elektron formada verilməsinin tətbiqi nəzərdə tutulur.

Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müvəqqəti olaraq iş qabiliyyətinin olmaması barədə vərəqlərin (“xəstəlik vərəqələri”) və digər tibbi arayışların elektron formada verilməsi planlaşdırılır və bu sistemin mərhələli şəkildə tətbiqi 2023-2024-cü illər üçün nəzərdə tutulub.

Bu tədbir Ədliyyə Nazirliyinin müzakirəsi üçün dərc olunan ölkə prezidentinin fərman layihəsində təklif edilir.

Belə ki, iyulun 1-dən “xəstəlik məzuniyyəti”nin və digər tibbi arayışların Nəvai və Sırdərya vilayətlərində, oktyabrın 1-dən Daşkənd, Daşkənd və Səmərqənd vilayətlərində, 2024-cü il yanvarın 1-dən isə digər bölgələrdə elektron formada verilməsi nəzərdə tutulur.

Beləliklə, 2024-cü il yanvarın 1-dən tibbi arayışların kağız formada tələb edilməsinin qadağan olunacağı ehtimal edilir.

Bundan başqa, fərman layihəsində iyulun 1-dən Daşkənddə dövlət tibbi sığorta mexanizmlərinin mərhələli şəkildə tətbiqi təklif edilir.

Sənəddə 2023-cü ildə 30 ailə poliklinikasının, 110 ailə həkimi məntəqəsinin və 520 səyyar məhəllə tibb məntəqəsinin yaradılması da nəzərdə tutulub.

Ölkədə sağlam həyat tərzinin formalaşdırılması məqsədilə “Düzgün qidalanma və sağlam həyat tərzi” ümumrespublika hərəkatının təşkili təklif edilir ki, bu hərəkat çərçivəsində əhaliyə mobil proqram vasitəsilə sağlamlıq və qidalanmaya nəzarətin öyrədilməsi nəzərdə tutulur.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN