Bir neçə il öncə hər gün dünyada saysız-hesabsız insanın həyatına son verən koronavirusun yayılması ilə bir çox ölkələrin alimləri bu virusa qarşı peyvənd axtarışına qalxdılar.

Tapdılar da... Peyvənd istehsalına başlanıldı da.  Bu peyvəndlərin satılmasında, bölüşdürülməsində isə qeyri-bərabərlik yaranmışdı. Bir çox inkişaf etməmiş, iqtisadiyyatı zəif ölkələr həmin peyvəndləri lazım olan qədər əldə edə bilmirdi. Dünyada isə sürətlə peyvəndlənmə aparılmağa başlanmışdı. Mütəxəssislərin fikrincə, ölkələrdə əhalinin 70%-i vaksinasiya olunduqdan sonra ümumi immunitet yaranacaq, xəstəlik yavaş-yavaş qorxululuğunu itirəcək və sıradan şıxacaqdı. Lakin bir müddət sonra məlum oldu ki, hətta peyvəndi deyilən normadan da çox almış ölkələrdə xəstə sayı nəinki azalmır, əksinə artır. Daha sonra bəyan edildi ki, peyvənd yoluxmadan qorumasa da, xəstəliyin ağırlaşmalarından, ölümdən qoruyur. Əlbəttə, dəfələrlə peyvənd almış şəxslər arasında da ölüm halı olmadı deyilərsə, bu da ağ yalan olar. Elə ötən il RLDP sədri Vladimir Jirinovski aylarla bu xəstəliklə çarpışmasına baxmayaraq, həyatını itirdi. Hansı ki, o dəfələrlə bəyan etmişdi ki, 5-6 dəfə peyvənd vurdurub...

Beləliklə, vaxt keçdi və alimlərin dediyinə görə, koronavirus yavaş-yavaş öz yerini “omikron” ştammına verdi ki, bu da adi qripə bənzəyirdi - insanlar bu xəstəlikdən daha tez sağalırdılar.

Bu gün də koronavirusa yoluxma ilə bağlı statistik rəqəmlər açıqlanır. Və bu açıqlamalara əsasən, koronavirus hələ də var və hələ də bu xəstəliyin qurbanları yox deyil.

...Budur, artıq İsveç təxminən 8,5 milyon doza koronavirus peyvəndini atmalı olub.

Bu isə ölkənin Covid-19 immunizasiyası üçün aldığının təxminən beşdə biri deməkdir.

Bu barədə “Sveriges Radio” keçmiş milli peyvənd koordinatoru Riçard Beqstryömə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əsas səbəb ölkədə koronavirus epidemiyasının ən pis dövrünü keçirdikdən sonra revaksinasiyaya marağın azalması olub.

"Ən böyük həcmlər insanların maraq göstərmədiyi, yəni üçüncü, dördüncü və ya beşinci (buster) dozalardır. Onlar əvvəlcədən alınmışdı və indi onları atmaq lazımdır", - deyə peyvənd koordinatoru açıqlayıb.

Bəli, bir vaxtlar ölkələrin hər vəchlə əldə etmək istədiyi, lakin əldə edə bilmədiyi bahalı peyvəndlər bu gün “dəfn edilərək” zərərsizləşdirilir...

Görünür, həmin vaksinlər inkişaf etməmiş, yaxud lazımi qədər vaksin əldə edə bilməyən ölkələrə də gərək olmayıb, yoxsa vaxtında onlara hədiyyə edilərdi...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN