Gürcüstanda ötən gündən etibarən bir çox dərmanların qiymətləri 40% ucuzlaşacaq.

Bu barədə ölkənin baş nazir İrakli Qaribaşvili sosial şəbəkə hesabında məlumat paylaşıb.

 “İctimaiyyətə söz verdiyimiz kimi, bu gündən dərman vasitələrinin istinad qiymətləri qüvvəyə minib. Nəticədə 800-dən çox xroniki və onkoloji dərman orta hesabla 40% ucuzlaşacaq”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycanda dərmanların qiyməti ucuzlaşmır, əksinə ya bahalaşır, yaxud da bəzi dərmanlar var ki, apteklərdən yoxa çıxıb (məsələn, smekta)...

Yanvar ayında Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin isə qiymətini artırıb.

Bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir.

Ötən il isə dərmanların qiymətləri çeşidindən asılı olaraq 10-15% və daha çox bahalaşıb.

Məlumatlara görə, elə dərmanlar var ki, hətta qiymətləri 46% artırılıb...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN