Yuxunu qaçıran səbəblər çoxdur, sadəcə baxır adamına və problemlərinə...

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Almaniya, İsveçrə və Danimarkanın müxtəlif institutlarından olan bir qrup alim yuxusuz gecənin beynin strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu müəyyən edib. "Journal of Neuroscience” jurnalında dərc edilən yeni araşdırmanın nəticələri göstərir ki, yuxusuzluq beynin qocalma prosesini sürətləndirə bilər. Tədqiqat göstərib ki, tamamilə yuxusuz keçən bir gecə bəzi insanların beynini 2 ilə qədər qocaldır. Tədqiqatların bir hissəsi olaraq, tədqiqatçılar müxtəlif "yuxu rejimi" ilə 19-39 yaş arası 134 sağlam könüllünün MRT məlumatlarını təhlil ediblər. Bunlara 24 saat ərzində tam yuxu məhrumiyyəti, iştirakçıların gecədə yalnız üç saat yatdığı qismən yuxu məhrumluğu və beş gün ərzində gecədə yalnız beş saat yuxuya ehtiyacı olan xroniki yuxu çatışmazlığı daxildir.

Azərbaycanda yuxuqaçırmanın çox səbəbləri var: rast gəldiyimiz şəxsi müşahidələr göstərir ki, yuxusu qaçan insanların böyük əksəriyyətinin banka və qonşulara borcu olanlardır. Bir qism insanların isə işsizlik problemi var. Təbii ki, yuxuqaçırma səbəblərində mövsümilik də rol oynayır. Məsələn, imtahana hazırlaşan tələbələrin, övladı orta məktəbin buraxılış imtahanına hazırlaşan valideynin də yuxusu qaça bilər. 

Çalışın yuxunuz qaçmasın. Bunun isə bir yolu var: çalışın sizi təqib edən problemlərdən uzağa qaçın!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN