Gürcüstan hökuməti məhdudiyyətlər tətbiq etmək barədə qərar verdi.

Epidemioloji vəziyyətin pisləşdiyini nəzərə alaraq Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi İdarələrarası Əlaqələndirmə Şurası bu gün müəyyən məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

Gürcüstan KİV-nin yaydığı məlumata görə, qəbul edilən qərarlar sabahdan etibarən qüvvəyə minir. Qərara əsasən, qapalı yerlərdə, ictimai nəqliyyatda və açıq yerlərdə, dayanacaqlarda, bazarlarda və digər yerlərdə 5 və ya daha çox adamın toplaşdığı hər yerdə maska taxmaq məcburi olacaq. Həmçinin qida müəssisələri - restoran və kafelərin 00:00-dan 05:00-a qədər faəliyyəti məhdudlaşdırılır, toy və ya müxtəlif ildönümlər kimi ictimai tədbirlərin keçirilməsini qadağan edilir. Oxşar tədbirlərə ev sahibliyi edən yemək müəssisələri və ya müxtəlif ritual salonlar (restoranlar) birinci dəfə 10 min lari cərimə ediləcək. İkinci dəfə bu kimi hal qeydə alınarsa obyektlər bağlanacaq.

Xatırladaq ki, son vaxtlar Gürcüstanda koronavirusa yoluxma halında ciddi artım müşahidə olunur. Hətta bəzi ölkələr Gürcüsanı "Qırmızı Zona" elan ediblər. Ölkədə koronavirusa yoluxma ilə bağlı son sutkalıq (09.08.2021) məlumata görə, koronovirusa yoluxanların  44 nəfərin ölməsi ilə bərabər ümumilikdə 6128 nəfər həyatını itirib. Son 24 saat ərzində ölkə üzrə 2236 yeni yoluxma halı qeydə alınıb. Bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 450149 nəfərə çatıb.

Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze isə bildirib ki, görülən tədbirlər müəyyən nəticələr verəcək:

"Adətən ilk təsir məhdudiyyətlərin tətbiqindən 2 həftə sonra görünür" , - deyə mərkəz rəhbəri bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN