...Dedik axı, korona at oynadır. Daha doğrusu, məsuliyyətsizlərimizin sayəsində yoluxmasını davam etdirir... İndi dı diqtə efir ki, 2-ci doza azdır, 3-cü doza vurulmalıdır. Hələ qabaqda 4-cü, 5-ci dozalar da ola bilər... Qısası, Koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur. Ona görə də iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tösiyə edilir”. Bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “İlk növbədə, səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu, məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib”. Mütəxəssis bildirib ki, istənilən vaksin növündən üçüncü dozanın vurulmasında istifadə oluna bilər.

 Bax belə. İndi əlac qalır koronanın atasına rəhmət, vətındaşlarımızın isə adına hörmət dualarımızı əsirgəməmək! Seçim sizindir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN