“İlin sonunda bu məsələ təsdiqlənəndən sonra üçüncü doza tətbiq oluna bilər”.

Koronavirusa qarşı vaksinlərin hər iki dozasından sonra orqanizmində virus əleyhinə anticisim yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması aktiv müzakirə mərhələsindədir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda bu məsələ Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənməyib: “İlin sonunda bu məsələ təsdiqlənəndən sonra üçüncü doza tətbiq oluna bilər”.

"TEZADLAR.AZ"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN