2021-ci il iyunun 18-də ölkə üzrə 442 ictimai iaşə obyektində 795 monitorinq keçirilib. 13 restoran və kafedə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Tezadlar.az-a verilən məlumata görə, monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 3 ünvanında yerləşən, hüquqi şəxs "BIG İDEA" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Vintage Gastro” kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva 3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Rahim Rabil oğluna məxsus “Köz plus” kafesi;

3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;

4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Şüvəlan yolunda yerləşən, fiziki şəxs Kərimov Qadir Vəli oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nizami ‎ rayonu, Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Çopurov Elvin Araslan oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nizami ‎rayonu, Qara Qarayev 103 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Ayaz Niyaz oğluna məxsus “Buğda” kafesi;

7. Bakı şəhəri, Yasamal ‎ rayonu, İzmir 27E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus “Pizza Bruno” restoranı;

8. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Nizami 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhan oğluna məxsus kafe;

9. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ağa Nemətulla 45a ünvanında yerləşən, fiziki şəxs Bayramlı Salman Kamal oğluna məxsus kafe;

10. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Quliyeva Könül Seyfəddin qızına məxsus "Ləman" kafesi;

11. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Həşimov Fizuli Əsəd oğluna məxsus restoran;

12. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus “Ad Günü" kafesi;

13. Ağsu rayonu, Bakı-Qazax yolunun 144-ci kilometrliyində yerləşən, fiziki şəxs Hacıyev Süleyman Əliağa oğluna məxsus “Cənnət Park” restoranı.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN