İsrail alimləri artıq çəkililərin COVID-19-a qarşı antitellərinin təsirini açıqlayıb...
"...COVID-19-a yoluxmuş artıq çəkili xəstələrdə antitellərin səviyyəsi daha yüksək olur...", -deyə İsrailin “Şiba” Tibb Mərkəzinin yayımladığı press-relizdə bildirilir. Qeyd olunur ki, koronavirusdan sağalmış və piylənməsi olan pasientlər, normal və artıq çəkili xəstəlikdən sağalan şəxslərə nisbətən gələcək infeksiyalardan daha yaxşı qorunur. Tədqiqat müəlliflərinin qənaətinə görə, "...həm COVID-19-dan sağalmış, həm də peyvənd olunmuş şəxslərdə antitellərin sayı zamanla azalsa da, antitellərin keyfiyyəti peyvənddən sonra deyil, yoluxmadan sonra artır”.
Bundan başqa, araşdırma nəticəsində əvvəllər koronavirusa yoluxmuş piylənməsi olan xəstələrin artıq çəkisi və normal çəkisi olan xəstələrlə müqayisədə “daha yüksək və daha möhkəm immun reaksiyasına və müdafiəsinə” malik olduğu müəyyən edilib.
Beləliklə, alimlər bildirirlər ki, antitellər bədən kütləsi indeksi 30 və ya daha yüksək olan (piylənmənin göstəricisi olan) sağalmış xəstələrdə bədən kütləsi indeksi 30-dan az olan xəstələrlə müqayisədə, bütün vaxtlarda daha yüksəkdir... Və bu da “əvvəllər yoluxmuş və piylənməsi olan şəxslərin artıq çəkisi və ya normal çəkisi olan və əvvəllər yoluxmuşlara nisbətən gələcəkdə infeksiyadan daha yaxşı qorunduğunu” güman etməyə imkan verir.
Qeyd edək ki, həkimlər koronavirusa yoluxduqda artıq çəki problemi olanların xəstəliyi daha ağır keçirdikləri barədə xəbərdarlıq edirlər...
TƏQDİM ETDİ: JASMİN