Türkiyənin hazırladığı yeni növ koronavirus (COVİD -19) əleyhinə “Türkovac” peyvəndinin 3-cü mərhələ sınaqlarına

qatılmaq üçün 846 min 451 könüllü müraciət edib.

Türkiyə Cumhuriyyətinin səhiyyə naziri Fahrettin Koca, Twitter-dəki hesabında bu barədə şərh verib: “Türkiyədə hazırlanan "Türkovacın" üçüncü mərhələ sınaqları çərçivəsində ilk doza tətbiq edilib. 40 min 800 könüllünün köməyinə ehtiyac olmasına baxmayaraq, qısa müddətdə 846 min 451 müraciət qeydə alınıb. Nəticənin qənaətbəxş olacağına inamımız tamdır. Türkiyə qısa müddətdə öz peyvəndini istehsal edən ölkələr arasına daxil olacaq”.

Qeyd edək ki, Kayseri Erciyes Universiteti, Səhiyyə Nazirliyi, Türk Sağlamlıq İnstitutları Başçılığının (TÜSİB) əməkdaşlığı ilə hazırlanan “TURKOVAC”-ın üçüncü mərhələ araşdırmaları çərçivəsində vaksinasiya tətbiqinə dünən Ankara Şəhər Xəstəxanasında start verilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN