Ukrayna Dövlət Gömrük Xidməti beynəlxalq yükdaşımaları üçün icazəsi olmayan ukraynalı yük maşınlarının ölkəyə giriş və çıxışına Polşanın məhdudiyyətləri barədə məlumat yayıb.
“1 iyul 2024-cü il saat 00:00-dan etibarən Polşa tərəfi keçid məntəqələrində beynəlxalq yük daşımaları üçün icazəsi və ya ECMT kitabı olmayan Ukrayna yük avtomobillərinin Polşa Respublikasına giriş və çıxışını dayandırıb”, - departamentin Telegram kanalındakı məlumatda deyilir.
Məlumatda Varşavanın qərarının səbəbi göstərilməyib. Ukrayna sərhədinin digər hissələrində keçid məntəqələri əvvəlki qaydada işləyir.
E.ŞİRİNOV