Müğənni Aygün Kazımova sosial media hesabında dərin yarıqlı paltarı ilə çəkdirdiyi şəkli paylaşıb ki, bu da izləyicilər tərəfindən bəyənilib.

P.S. Belə izləyiciləri mən çay aşağı axıdım, çay yuxarı axtarım. Ətiniz tökülsün elə. Rəhmətliyin uşağı, Aygün Kazımovanı indiyə qədər heç yarıqsız paltarda görmüsüz ki, indi də onu bu paltarda bəyənirsiz?

***

Qəzetlərin birində Milli Məclisin YAP-dan olan və ağzına su alıb danışmayan deputatlardan bəhs edən yazıya belə başlıq qoyulub: “YAP-ın susqun deputatları - onlar hakimiyyəti niyə müdafiə etmir?”

P.S. Bu susqun deputatların hamısı yəqin qızıl həvəskarlarıdır. Onlar “susmaq qızıldır” prinsipinə çox gözəl əməl edirlər. Ona görə də axtarsan onlardan xeyli qızıl, briliyant, var-dövlət çıxar. Bu, bir. İkincisi isə, “onlar hakimiyyəti niyə müdafiə etmir” məsələsidir. Bu susqun YAP-çı deputatların əsas funksiyası elə susmaqdır. Onlar susmaqla YAP-ı, hakimiyyəti müdafiə edirlər. Danışsalar... eh, danışmağı bacarırlar ki? Əgər danışsalar, hazırda həbsdə olan sabiq YAP-çı deputatlar Rafael Cəbrayılov, Eldəniz Səlimov kimi ağızlarından horra, qatıq töküləcək ki, bununla da YAP-ı, hakimiyyəti biabır edəcəklər. Bu səbəbdən susmaqla, altda-altdan, xımır-xımır qızıl qazanmaqları, həm özlərinə, həm də YAP-a sərfəlidir. Deməli, belə məsləhətdir.

***

“Müasir İnkişaf” Birliyinin rəhbəri Mübariz Göyüşlü ermənilərin öz qızlarını, arvadlarını Qarabağdakı rus sülhməramlılarının əsgər və zabitlərinə təqdim etməsi barədə danışarkən mətbuata belə deyib: “Bu gün erməni kişiləri (kişiyə bax ha, ermənidən də kişi olar?) öz qadınlarını, qızlarını, arvadlarını rus sülhməramlılarına hədiyyə etməklə, onların arxasında gizlənirlər”.

P.S. Mübariz müəllim, burda təəccüblü və yeni nəsə yoxdur axı. Əgər ermənilər bu gün öz qızlarını rus sülhməramlılarına təklif edirlərsə, bununla onlar öz tarixi köklərinə bağlılığını, milli adət və ənənələrini şərəflə yaşatdıqlarını göstərirlər dəə... Görün hələ XIX əsrdə dahi şəxsiyyətlər Karl Marks və Fridrix Engels erməni qızları haqqında nə deyiblər? K.Marks: “Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur”.

F.Engels: “Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar”.

İndi ay Mübariz müəllim, ermənilər qızlarını, arvadlarını rus sulhməramlılarına təqdim etməklə dədə-baba adətlərini yaşadaraq, gələcək nəsillərə çatdırmaq istəyirlər də. Bir də ki, Mübariz müəllim, erməni qızları ermənilərin çox uzaq vuran və çox dağıdıcı gücə malik olan ağır artilleriya silahıdır. Hələ qorxulusu odur ki, ermənilər bu silahdan bizim əsgərlərə qarşı da istifadə edərlər... Görəsən, bizim Müdafiə Nazirliyinin arsenalında düşmənlərin bu «silahının» qarşısını ala biləcək nəsə varmı? Deyilənə görə, Türkiyənin və İsrailin ən müasir PUA-ları da bu silahın qarşısında acizdir.

***

Operativ Qərargahın ötən həftə keçirilən brifinqində teatr və kinoteatrların fəaliyyətinin məhdudlaşdırılması qərarını qüvvədə saxlaması aktyorları əməlli-başlı narazı salıb.

P.S. Hörmətli aktyorlarımız çox nahaq narazı qalırlar. Aktyorlarımız dərk etməlidirlər ki, neçə müddətdir şənbə, bazar və bayram günləri sərnişin avtobuslarını, metronu bağlamaqla ölkədə ən böyük teatr göstərən və baş rollarda oynayan elə Operativ Qərargahın üzvləridir. “Tak şto” hörmətli aktyorlarımız, bilin ki, iki qoçun başı bir qazanda qaynamaz.

***

Məlumatlara görə Ağdaş rayon polisləri tərəfindən iki koronavirus xəstəsi aşkar edilərək, küçədən xəstəxanaya yox, evinə qaytarılıb.

P.S. Bununla da polis qardaşlarımız demək istəyir ki, bu iki nəfər koronavirus xəstəsi küçədə yox, evində ölməlidir.

***

Son vaxtlar ermənilərin Qarabağda təxribatları genişlənir və ordumuzun mövqeləri müntəzəm atəşə məruz qalır. Təbii ki, cavabları artıqlaması ilə verilir. Mütəxəssislər isə, bunun səbəbini ermənilərin ölmüş ATƏT-in Minsk qrupunu diriltmək istəyi ilə bağlayırlar.

P.S. Bu, təbii ki, belədir. Özü də Şeyx Nəsrüllah rolunda Rusiya və Fransanın prezidentləri V.Putin və Erməni əsilli, erməni axçisi Emma Makronyanın oğlu Emanuel Makrondur.

***

Xalq artisti, peşəkar diktor Ofeliya Sənani “Kinomən” proqramının qonağı olarkən “bir peşəkar kimi, indiki radio-televiziyadakı aparıcıları sizin dövrünüzdəki müsiflər heyəti sınağa çəksə, neçə faiz qalar” - sualına belə cavab verib: “ Heç biri...”

P.S. Ay Ofeliya xanım, ay rəhmətliyin qızı, sənin sözündən belə çıxır ki, biz dəliyik? Yəni radio və televiziyada “Heç bir” aparıcısı olmayan verlişlərə elə belə baxırıq? Doğrudanmı indi heç bir aparıcı yoxdur? Amma öz aramızdır Zaur Baxşəliyevə, Zaur Kamala, Xoşqədəm Hidayətqızına baxanda doğrudan da hiss edirsən ki, verlişlərin aparıcısı yoxdur, sadəcə metro Tağı Əhmədov demiş “vızıldaşma” səsi gəlir. Belə götürəndə Ofeliya xanım düz deyirmiş, vallah!

***

Ötən həftə özünü “Hacı İmam Mehdi Sahib əz Zaman” kimi qələmə verib insanlardan külli miqdarda pul yığan Adil Babayev adlı şəxs polis əməkdaşları tərəfindən dələduz kimi saxlanılıb.

P.S. Burada təəccüblü heç nə yoxdur. Əgər 1600 il bundan əvvəl, yəni eramızın  680-ci ilində, iki əmi oğlu ərəbin vəzifə üstündə bir-birini qırmasına indi də 40 gün yas saxlayırıqsa. XXI əsrdə “Hacı İmam Mehdi Sahib əz Zaman”ın peyda olması da təbiidir.

***

Müğənni sayılan Nəfəs adlı bir cüvənəzən “Özümüz danışaq” verlişinin ilk qonağı olub və sevəcəyi kişidə nələri görmək istədiyindən danışarkən deyib: “Pulsuz kişi yoxdur, heç kim acından ölmür. Mən qazancı az olan kişi də sevmişəm, amma o, sözünün üstündə durmadığı üçün bəlkə də mən bu gün sevgisizlikdən əziyyət çəkirəm”.

P.S. Can, can, adamın lap ürəyi ağrayır, vallah. Bu yazıq qızın, iki uşağı olsa da, nə vaxtıdır ki, sevgisizlikdən əziyyət çəksin? Harda qırılıb, batıb, o pullu və ya özünün dediyi kimi, qazancı az olan kişilər? Nəfəs xanımın söhbətindən belə anlaşılır ki, qazancı az olan kişi də sevib. Bu, o deməkdir ki, xanım pullu kişi də sevib, pulsuz kişi də. O dəqiqə görünür ki, yazığın ürəyi yumşaqdır dayna, heç kəsə “yox” demir. Onun ürəyində pullu, pulsuz kişi fərqi yoxdur, hamıya yer var. Amma o kişilər də heç kişilik eləməyiblər, yəni verdikləri sözün üstündə durmayıblar və yazıq Nəfəsin nəfəsini kəsiblər. Amma Nəfəs xanım, qəm eləmə, axtaran tapar. Amma daha iki uşaq anasısan, bir də aldanma haaa... Kişiləri bir-bir dişinə vur, yoxla, sözünün üstündə dayana biləni seç və onu sev ki, bu cavan yaşında sevgisizlikdən əziyyət çəkməyəsən.

Aparıcı Nərgiz Məmmədova göbəyi açıq şəklini sosial şəbəkədə paylaşıb, bu da izləyicilərin xoşuna gəlib və tərifləyiblər.

P.S. Bir gəl tərifləməsinlər də. Pulsuz-parasız özü soyunubsa, əlbəttə, tərifləyəcəklər. Yazıq neyləsin, istedad yox, sənət yox, normal aparıcılıq yox. Bəs üzdə olan xanım kimi bu yazıq nəsə göstərməlidir ya yox? Ona görə də tamaşaçılara çox haqlı olaraq göbəyini göstərib dəə...

***

Aparıcı Zaur Baxşəliyev 1992-ci ildə 8 il təhsil aldığı Tərtərdəki məktəbə baş çəkib və bu görüntüləri sosial şəbəkədə paylaşıb.

P.S. Bu yerdə “Bəxt Üzüyü” filmində Moşunun Sevdaya dediyi sözlər yada düşür. Stat: “Bəri bax, a Sevda, sən anadan olandan belə sırtıq olmusan, yoxsa ərə gedəndən sonra abır-həyadan əlini üzmüsən? Sevda: “8-ci sinifdə oxuyandan, a şto?” İndi maraqlıdır, hamam xalatında efirə çıxmağı, efirdən ağzına gələni düşükcəsinə danışmağı, qatığa bu qədər məhəbbət göstərməyi, abır-həyadan əlini üzməyi, Zaur Baxşəliyevə 8 il təhsil aldığı o məktəbdə öyrədiblər, yoxsa sonradan özü əziyyət çəkərək öyrənib?

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN