...Bəxtiyar Vahabzadə kimi Türk dünyasının nəhəng şairinin, vətənpərvər bir kişinin ocağında böyüyən oğul- İsfəndiyar Vahabzadə V.Jirinovskiyə məhz belə, layiq olduğu cavabı verməliydi və verdi də...
Neçə vaxtdır sabiq səfir İsfəndiyar Vahabzadənin Rusiya LDP-nin sədri, dumanın deputatı Vladimir Jirinovskiyə verdiyi cavab həm Rusiyada, həm də Azərbaycanda müzakirə olunmaqdadır. İ.Vahabzadənin V.Jirinovskiyə etdiyi müraciət, sanki bomba effekti verib. İş o yerə çatdı ki, Prezident V.Putinin göstərişi ilə Rusiya Xarici İşlər Nazirliyi İ.Vahabzadənin Rusiyaya gəlişinə 50 il qadağa qoyulması haqqında qərar çıxartdı.
İ.Vahabzadənin V.Jirinovskiyə rus dilində, həm də onun öz danışıq tərzində müraciət etməsi o qədər effektli alınıb ki, hələ də gündəmdən düşmür. Həmin müraciət hamıya məlum olsa da, onu bir daha diqqətə çatdırıb, sonra fikrimi davam etdirmək istəyirəm.
Sitat: "Volodya, qulaq as, piyli donuz, qoca eşşək. Nə vaxtsa bizi "qoyun" adlandırmışdın və bilmirəm niyə bu barədə hər kəs susmuşdu. Donuz kimi iy verirsən, millətiniz də iy verir. Mən sizin üçün İranda işləmişəm, rus donuzlarının nə etdiyini bilirəm. Boş-boş işlərlə məşğuldurlar, iy verirlər, qoxunuz artıq bütün dünyaya yayılır. Nəfəs almaq mümkün deyil".
Bu müraciətdəki ifadələri İ.Vahabzadə çox dəqiqliklə seçib. Ona görə ki, sözlər həm V.Jirinovskinin ana dilində, həm də öz danışıq tərzinə uyğun deyilib. Bu səbədən demək olar ki, İ.Vahabzadə düz onluğa vurub. Artıq Rusiyanın sosial şəbəkələrində də bu müraciət müzakirə olunmaqdadır. Rusların da içində İ.Vahabzadəni haqlı və haqsız sayanlar var. Bunu başa düşmək olar, çünki bu müraciət hər bir rusun da "çestinə" dəyir.
Yaxşı, bəs bizim bəzi jurnalistlərə və siyasətçilərə nə düşüb ki, Jirinovskinin vəkili kimi çıxış edib İ.Vahabzadəni təhqir edirlər? Mirşahin bu hücumda öndə gedir və buna olduqca təəssüflənirik. Çünki Mirşahin özünü həmişə vətənpərvər bir insan kimi təqdim edib. Baxmayaraq ki, onun personasına münasibət son illərdə birmənalı deyil. "ANS"-də qazandığı az-çox hörmət və nüfuzu "Real"da və reallıqda xərcləyib qurtarır... Görəsən Mirşahin, V.Jirinovski xalqımıza əvvəlcə 8 milyon, sonra 9 milyon "qoyun" deyəndə hardaydı? Niyə onda vətənpərvərlik damarı tutmurdı? Onun və hamımızın yerinə V.Jirinovskiyə xalqımız və dövlətimiz haqqında indiyə qədər dedikləri təhqirlərə, hamısına bir yerdə İ.Vahabzadə olduqca sanballı cavab verib. Bunu təqdir etmək əvəzinə, əleyhinə getmək V.Jirinovskiyə qahmar çıxmaq, ən azı... nadanlıqdır.
Mirşahin məsələsi aydındır, seçilmək, axına qarşı getmək onun köhnə şakəridir. Bunu qoyaq bir kənara. Amma mənə ən çox maraqlı gələn deputat Rasim Musabəyovun İ.Vahabzadəni tənqid etməsi oldu... İndi Rasim Musabəyovun bolşevik keçmişi üzdədir. Babası Qəzənfər Musabəyov 1920-ci ildə M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi müstəqil dövləti devirib, bolşevik hökumətini quranlardan biridir. Heç olmasa, R.Musabəyov bu ayıbına kor olub, sakit oturmalıydı və özünü hədəfə gətirməli deyildi. Amma neyləmək olar, bolşevik qanı öz sözünü deyir. Ona görə də öz qibləsi olan Moskvanı və ordan gələn qərarları müdafiə eləməlidir. Özü də rusdilli olduğundan rusbaşlıya çevrilib. Bu səbəbdən rusa və ruslara qarşı kim hücum etsə və ya əleyhinə danışsa, qarşısında rusbaşlı Rasim Musabəyovu görəcək. Rasim müəllim sona qədər bir partiyada fəaliyyət göstərən bolşevik babasından fərqli olaraq, bir çox partiyalarda “mırt” vurub. 1993-95-ci illərdə Tamerlan Qarayevin sədri olduğu Doğru Yol Partiyasının ağsaqqalı idi. 1995-2005-ci illərdə Müsavat Partiyasında külüng çalıb... 2005-ci ildən guya bitərəfdir. Amma hər yerdə YAP-ın və indi də Moskvanın... müdafiəçisi kimi çıxış edir. Bu adam öz yerini hələ də konkret olaraq tapa bilməyib. Eybi yox, axtaran tapar deyiblər.
Özü də nə sirdirsə, Azərbaycan dilində düz-əməlli danışa bilməyən Rasim Musabəyovu harda istəsən, orda görmək olar. Gah politoloq olur, gah siyasətçi, gah deputat, gah regionşünas, gah da beynəlxalq şərhçi olur. Bir sözlə, Rasim Musabəyov hərşeyşünasdır. Bütün televiziyaların da daimi qonağıdır. Bu yerdə rəhmətlik Mirzə Ələkbər Sabirin “Neyliyim, ey vay!” satirasından bir bənd yada düşür:
Neyliyim, ey vay! Bu urus başdılar,
Bilməyirəm hardan aşıb-daşdılar?!
Ölkədə gündən-günə çoxlaşdılar,
Hər əmələ, hər işə çulğaşdılar.
Qoymayın, ay köhnələr, ay yaşdılar!
Heyvərələr hər yerə dırmaşdılar!
Allah M.Ə.Sabirə qəni-qəni rəhmət eləsin.
Artıq 1920-ci il yox, 2021-ci ildir və bolşeviklər bir də xortlamayacaq. Rasim müəllim unutmayıbsa, İ.Vahabzadənin dediyi kimi, donuz iyi verən V.Jirinovski təzəlikcə təkcə xalqımızı yox, həm də Prezidentimizi təhqir etmişdi. Hətta iş o yerə çatmışdı ki, onun təhqirlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyaya nota vermişdi. Məgər Rasim Musabəyovun bundan xəbəri yox idi? Bu gün sənə çörəyi, Rasim müəllim, Azərbaycan dövləti, deputat mandatını isə V.Jirinovskinin təhqir etdiyi xalqımız verib. Heç olmasa, yediyin boşqaba tüpürmə, sənə mandat verən xalqı müdafiə elə, qədrini bil. Əksinə, həmin o donuz iyi verən V.Jirinovski sənin həmişə əlində bayraq etdiyin prezidentini təhqir etmişdi. Bəs niyə susmuşdun?
***
Sonda: İ.Vahabzadəyə illərdir xalqımızı təhqir edən V.Jirinovski kimi iyli donuza verdiy sanballı cavaba görə təşəkkür edərək deyirəm: - İsfəndiyar müəllim, siz elə bir kişinin oğlusunuz ki, bütün Türk dünyası onunla fəxr edir. Bəxtiyar Vahabzadə kimi Türk dünyasının nəhəng şairinin, vətənpərvər bir kişinin ocağında böyüyən oğul - İsfəndiyar Vahabzadə V.Jirinovskiyə məhz belə, layiq olduğu cavabı verməliydi və verdiniz də...
Elçin MƏMMƏDLİ