News.am saytının yaydığı xəbərə görə, Nikol Paşinyan 14 sentyabrda Milli Assambleyada çıxışı zamanı bəyan edib ki, Ermənistanla Azərbaycan arasında heç bir sənəd imzalanmayıb və imzalanmaycaq:“
Əziz həmvətənlər, mən sizi manipulyasiyalara uymamağa çağırıram. Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, ölkənin müqavimətini qırmaq üçün qeyri-dost xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”, - deyə o, Facebook səhifəsində yazıb.Daha sonra o bildirib: “Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində bizi tənqid edəcəklər, lənətləyəcəklər, satqın adlandıracaqlar, xalq hətta bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilər, nəticədə Ermənistan Respublikasına minnətdar olarıq. 29.800 kvadrat kilometrlik sahə davamlı sülh və təhlükəsizlik alacaq. Bunun təmin edəcəyi həlli imzalayacağam çox aydındır. Və məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının nə olacağı məni maraqlandırır”.
Facebook-dakı paylaşımdan bir neçə dəqiqə sonra Paşinyan canlı yayıma çıxıb və niyə belə çıxış etdiyini açıqlayıb. “Mən niyə bu barədə danışdım, bu gün Ermənistan Respublikasına təcavüz edilir. Biz deyirik ki, ərazi bütövlüyü müzakirə olunmur. Bizə deyirlər: dəhliz. Biz deyirik ki, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Biz heç vaxt Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan sənədi imzalamayacağıq. Bu gün sərhəddən əsgərlər zəng vurub deyirlər ki, düzdür kağıza imza atıblar, yəni sərhəd qorunmur? Mənə deyirlər ki, Azərbaycan saytları oxşar başlıqlar yayırlar. Biz hərtərəfli həllə hazır olduğumuzu deyirik. Bizim vətənimiz müqəddəslikdən daha artıqdır, onu müzakirə etmək olmaz”.
“Danışıqlar zamanı arzularımızın sənədi olmayacaq bir sənəd əldə etsək, amma buna baxmayaraq, təhlildən sonra onun Ermənistan üçün davamlı sülh və təhlükəsizliyi təmin etdiyini düşünsək, bu istiqamətdə gedəcəyik. Xalq deyəcək ki, niyə belə bir sənədə imza atıblar, amma fakt budur ki, bu, növbəti yüz il ərzində Ermənistanın sülh və təhlükəsizliyini təmin edə bilər. Qərar təkcə bizim xeyrimizə olmamalıdır. 2018-ci ildə mən dedim ki, həll yolları həyat qabiliyyətli olması üçün hamı üçün faydalı olmalıdır”.
Paşinyanın bu bəyanatından sonra ermənilərə, Paşinyana inansaq, son günlər erməni silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı təxribat xarakterli hücumu zamanı şəhid olmuş əsgərlərimizin ruhu bizi bağışlayarmı? Birmənalı şəkildə başa düşməliyik ki, Ermənistan bizə düşmən ölkədir və biz heç vaxt bir yerdə yaşaya bilmərik. Müxtəlif beynəxlaq qurumlarda Ermənistanın sülh sazişinə hazır olması kimi çıxışları da imitasiyadan başqa bir şey deyildir.Faklar onu göstərir ki, Ermənistan sülh istəmir, müharibə ritorikası ilə yaşayır. Görünür ki, 44 günlük müharibədə məğlubiyyət ermənilərə dərs olmadı və onlar Azərbaycana qarşı çirkin əməllərini davam etdirir. Bu isə sonsuzluğa qədər davam edə bilməz. Biz bütün şəhidlərimizin qisasını aldıq və almaqda davam edəcəyik. Qaldı Paşinyanın sərsəm çıxışlarına, necə deyərlər, “it hürər,karvan keçər”.
Şakir QURBANOV