Prezident İlham Əliyevin Redaksiya Heyətinin sədri olduğu Azərbaycan Milli Ensiklopediyasını plagiat adlandıran deputat Etibar Əliyev, nəhayət, deyəsən, səhvini başa düşüb, amma artqı gecdir...

“Təzadlar”ın rəsmi tezadlar.az saytının dünənki buraxılışında deputat Etibar Əliyevin yol verdiyi böyük qəbahət və siyasi səhvi barədə məlumat vermişdik. Belə ki, E.Əliyev Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri İlham Heydər oğlu Əliyevin imzaladığı bu monumental kitabəni “...plagiat, savadsız, biabırçı, təcrübəsiz səviyyədə çıxarılmış...” ensiklopediya adlandırmış, özünün fb səhifəsində paylaşım etmişdi.

Nə yaxşı ki, “Təzadlar”ın əməkdaşları cənab Prezidentin imzası və rəhbərliyi, xeyir-duası ilə ərsəyə gəlmiş Milli Ensiklopediyaya qarşı deputatın bu bacarıqsız, savadsız və naşı yanaşmasını vaxtında aşkar edərək həyacan təbili çaldılar. Bundan sonra o, statusunu iki dəfə dəyişməli oldu.

Aşağıda hər 3 statusun skrin-fotosunu təqdim edirik. Sadəcə, biabırçılıqdır. 10 dəqiqə ərzində mövqeyini 3 dəfə dəyişən, sözünü geri götürən... bir adam hələ bir özünü millət vəkili də hesab edir.

***

Xatırladırıq ki, Etibar Əliyev guya Prezident yanında AAK-ın sədri, professor Famil Mustafayevin barəsində sensasion nəsə yazmaq istəmişdir, lakin necə deyərlər, naşılıq onu “qaş düzəltdiyi yerdə vurub göz çıxarma” yolayrıcında biabırçı vəziyyətdə qoymuşdur. Belələrini hələ bir Milli Məclisdə də oturdurlar!

Beləliklə, aşağıda Etibar Əliyevin on dəqiqədə 3 dəfə mövqe dəyişməsini əks etdirən statuslarının fotosunu təqdim edirik:

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN