“Milli Bankın bazasında fırıldaqçılıqla mübarizə mərkəzinin yaradılmasını nəzərdə tutan yol xəritəsi hazırlanıb və onun məqsədi dələduzluq əməliyyatları üzrə bütün məlumatların toplanması olacaq” – DEPARTAMENTİN DİREKTORU

***

Qazaxstanlılar kredit dələduzluğundan necə qorunacaqlar?

Bu barədə QR Regional Rabitə Xidmətinin (RRX) Almatıda keçirilən brifinqində Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin (MBTİA) maliyyə xidmətləri istehlakçılarının müdafiəsi departamentinin direktoru Aleksandr Terentyev bəhs edib.

TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, o, çıxışı zamanı xatırladıb ki, ötən il ölkə üzrə 15 minə yaxın dələduzluq faktı qeydə alınıb ki, bunun da 6 minə yaxını kreditlərin rəsmiləşdirilməsi ilə bağlı olub.

“Biz indi hökumətlə birlikdə saxta kreditlərin verilməsi ilə bağlı vəziyyəti dəyişmək üçün tədbirlər görürük. Belə ki, Milli Bankın bazasında fırıldaqçılıqla mübarizə mərkəzinin yaradılmasını nəzərdə tutan yol xəritəsi hazırlanıb və onun məqsədi dələduzluq əməliyyatları üzrə bütün məlumatların toplanması olacaq. Bu işin ikinci komponenti saxta nömrələrlə mübarizə məqsədilə mobil operatorlara olan tələblərin sərtləşdirilməsidir”, - deyə Aleksandr Terentyev bildirib.

Onun sözlərinə görə, şübhəli əməliyyat aşkar olunarsa, banklar dələduzluqla mübarizə mərkəzi ilə əlaqə saxlaya, yoxlanışdan sonra hesablar üzrə bütün fəaliyyətləri dayandıra biləcəklər. Bununla belə, son qərarı müştəri özü verəcək.

 Terentyev həmçinin qeyd edib ki, Milli Məclisə düzəliş təqdim edilib, hansı ki, dələduzluq yolu ilə oğurlanmış kredit pullarını bankların geri ödəmə öhdəliyi olacaq.

“İndi biz kompensasiya prosedurunun özünü nəzərdən keçiririk, o, hələ də işlənilir”, - Aleksandr Terentyev bildirib.

Departament rəhbəri vurğulayıb ki, qazaxıstanlılar 80% hallarda müstəqil olaraq, fırıldaqçıların təsiri altında banklara üz tutur və kredit üçün müraciət edirlər, hətta menecerlərin üçüncü şəxslərin təsiri altında olub-olmaması ilə bağlı suallarına da mənfi cavab verirlər.

Bundan əvvəl Qazaxıstan banklarının fırıldaqçıların məlumat siyahısını saxlayacaqları bildirilirdi.

Qeyd edək ki, Azərbaycanda da xeyli insan kredit dələduzluğunun qurbanı olub və olmaqdadır. Bəzən bankların adından telefon nömrələrinə kreditlərlə bağlı təkliflər gəlir və həmin şəxsdən kart nömrəsi istənilir. Və bundan sonra həmin şəxsin hesabındakı pullar "kredit verən bank" tərəfindən sil-süpür olunur. Həmin banka baş verənlərlə bağlı müraciət edildikdə isə onların bu işdə heç bir məsuliyyəti olmadığı deyilir... 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN