Problemin operativ həll olunmasına görə şəhid Rzayev Atif Müzəffər oğlunun bacısı Yeganə Vəliyeva redaksiyamıza minnətdarlıq məktubu göndərib…

Xatırladırıq ki, «Təzadlar» qəzetinin bugünkü sayında (tezadlar.az saytının 02.02.2024-cü il buraxılışında) “10 minlərlə Vətəndaşın seşki hüququ niyə pozulur?” başlıqlı yazı dərc olunmuşdur». Yazıda Bakı şəhəri, Sabunçu rayonu, «Şuşa qəsəbəsi», Nəsrəddin Tusi küçəsindəki sənədsiz evdə yaşayan, şəhid Rzayev Atif Müzəffər oğlunun bacısı Vəliyeva Yeganə Müzəffər qızının seçki hüququndan məhrum olmasından bəhs edilirdi. Belə ki, Yeganə xanım yataqxanadakı bir otaqlı mənizilini satıb 1-ci Qarabağ müharibəsi veteranı olmuş mərhum həyat yoldaşının, yuxarıda deyilən ünvanda tikintisini  yarımçıq qoyduğu evi tamamlamaq istəyib. Yataqxanada qeydiyyatdan çıxandan sonra sənədsiz evlərə təbii ki, qeydiyyata götürmürlər. Yeganə xanımın Prezident Cənab İlham Əliyevə, birinci vitse-Prezident, xanım Mehriban Əliyevaya, MSK sədri Cənab Məzahir Pənahova və surəti “Təzadlar” qəzetinə ünvanlanmış məktubundan məlum olurdu ki, qeydiyata düşməyən vətəndaşın şəxsiyyət vəsiqəsi sistemdən silinir və tamamilə əhəmiyyətini itirir. Yəni, həmin adam Azərbaycan  vətəndaşlığını belə itirmiş olur. Belə vətəndaşlarımız isə on minlərlədir.

 Yazıdan o da məlum olurdu ki, əvvəllər belə insanları ərazi üzrə polisin inzibatı binasına qeydiyyata götürürdülər. Ötən il isə bu insanları kütləvi şəkildə polisin inzibatı binasından çıxardıblar. Buna görə şəhid bacısı Yeganə xanımın və həm də onun nüiunəsində 10 minlərlə insanın seçki hüququ pozulurdu. Bu səbəbdən şəhid bacısı Yeganə xanım radaksiyamızdan xahiş edirdi ki, onun mətbuatda dərc olunacaq bu müraciətindən sonra 4 nəfərlik ailə üzvünün səs vermə hüququ 7 fevralda keçiriləcək prezident seçkisində təmin edilsin və ailənin səsi hazırkı prezident cənab İlham Əliyevin xeyrinə hesablansın.

***  

Şəhid bacısı Yeganə Vəliyevanın müraciəti saytımızda dərc olunandan sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində müraciətə reaksiya verildi və problem dərhal həllini tapdı. Bu barədə şəhid bacısının redaksiyamızın elektron poçtuna göndərdiyi minnətdarlıq məktubunda daha ətraflı bəhs olunur. Həmin məktubu olduğu kimi təqdim edirik:

 «Şəhid Rzayev Atif Müzəffər oğlunun bacısı Y.Vəliyeva tərəfindən «Təzadlar»a MİNNƏTDARLIQ MƏKTUBU

Hörmərli redaksiya!

İki gün əvvəl qonşularım mənə bildirdilər ki, “Təzadlar” qəzeti ədalət carçısıdır və prinsipialdır, şikayətləri təkcə işıqlandırmır, həm də araşdırır. Və qəzetin rəhbərliyi mənim kimi çətinlikdə olan insanlara, xüsusilə də şəhid, qazi və Veteran ailələrinə təmənnasız yardım edir. Nömrəsini verdilər, zəng edib baş redaktor Asif Mərziliyə öz problemimi bildirdim, həmçinin əlavə etdim ki, qardaşım şəhid, yoldaşımsa Qarabağ veteranı olub. Asif müəllim evimə xüsusi müxbir Elçin Məmmədlini göndərdi, vəziyyətimizlə, sənədlərimizlə tanış oldu, bizimlə xeyli söhbət edib getdi... Bundan 1-2 gün sonra xəbər verdilər ki, məqalə saytda dərc olundu. Məqalənin dərcindən cəmisi bir gün sonra bir də gördüm Daxili İşlər Nazirliyinin aparatından bir polkovnik mənim mobil telefonuma zəng edib bizi axtarır. Bildirdi ki, mətbuatda bu problemlə tanış olandan sonra dərhal cənab nazir Vilayət Eyvazova məruzə edildi və cənab nazir göstəriş verdi ki, qardaşı bu dövlət uğrunda şəhid olanın bacısı qeydiyatla bağlı bu gün hər hansı çətinlik görməməlidir. Allah cənab nazirə dayaq olsun! Nazir deyib ki, o bacının qardaşı sağ olsaydı, indi yəqinki bacısı bu çətinlikdə olmazdı. Bu gün o yoxdusa, onun qardaş əvəzi bizlərik! Sonra mənə dedilər ki, dərhal ASAN xidmətə gedim, Qeydiyyat sektorunun rəhbəri məni gözləyir. Getdim və bildirdilər ki, nazirlikdən tapşırılıb ki, şəhid ailəsi kimi istisna olaraq sizi polisin inzibati binasına qeydiyyata salaq və 1 günə şəxsiyyət vəsiqəsi ilə təmin edək. Proses müddətində bəlli oldu ki, şəxsiyyət vəsiqəsinin bir günə  hazırlatmağın dövlət rüsumu 70 manatdır, mənimsə ailədəki 4 adam üçün 280 manat pul verməyə heç cür imkanım yox idi. Bizə zəng edən DİN Polkovnikinə zəng edib bunu bildirəndə cavab verdi ki, sizin bütün xərclərinizi şəhid qardaşınız Vətən uğrunda döyüşlərdə igidliyi ilə ödəyib! Sonra kövrək səslə bildirdi ki, cənab nazir Vilayət Eyvazov göstəriş verib ki, bu işin bütün xərcini nazirliyimiz özü çəkəcək. Beləliklə, cəmisi bir günə hamımız şəxsiyyət  vəsiqəsi ilə təmin edildik və sabah-fevralın 7-də  ürəklə bu 4 nəfər ailə üzvümüzdən səs vemə hüququ olan 3 nəfərimiz gedib cənab İlham Əliyevin xeyrinə səs verəcəyik.

 Hörmətli redaksiya! Bu işdə bizə ürəklə köməyi dəymiş Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, adını bilmədiyimiz cənab Polkovnikə, bizə əsl arxa-dayaq olmuş baş redaktor Asif Mərzili olmaqla, “Təzadlar” qəzetinin bütün kollektivinə, ələlxüsus redaksiya adından evimizə göndərilmiş və bu işin bütün əziyyətini çəkmiş qəzetin əməkdaşına öz dərin minnətdarlığımızı bildiririk».

Readksiyadan: Yazıya operativ reaksiya göstərərək, şəhid bacısının probleminin təcili surətdə həll edilməsinə göstəriş verən daxili işlər naziri cənab Vilayət Eyvazova və bu işdə əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Hazırlayıb təqdim etdi: Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN