Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi Qarabağ tarixini əks etdirən dövlətçilik faktlarına yenidən nəzər salmağı aktual edir.

Pin It

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə 22 may Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş elmi konfrans keçirilib.

Pin It

Mayın 12-də AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Pin It

Aprelin 27-də AMEA-nın Əsas binasında “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub.

Pin It

Allahverdi EMİNOV, yazıçı, publisist

...Elm elə ünvandır ki, onun pik nöqtəsini fəth edən hələ ki, yoxdur, nə yaxşı belədir. Elm isə təyinatlı sahədir və oxucu ünvanını hər kəsə vermir. Amma elmi kəşflər, dəqiq hesablamalar, proqnozlar və sair problemlərlə həvəskar oxucular maraqlanırlar. Bu istəyi ödəmək məqsədilə yazarlar (jurnalistlər, publisistlər, alimlər) elmin konkret bir sahəsinin bünövrəsindən, yaranma prosesindən, son nəticəsindən lakonik, sadə, şərhli üslubda məqalələr, kitablar yazıb çap etdirirlər. Təəssüf ki, bizdə bu "janra" münasibət yaxşı deyil, çox az hallarda qələm sahibləri müraciət edirlər.

...Haradan başladığımı qərarlaşdırmaqda çətinlik çəkirəm. Qürrələndirici duyğular yazın may ayında, sərin bir günündə ötən əsrlərə qayıdıram. IX-XIII yüz illərə - biz azəri türkləri sivilizasiyanı açıq-aşkar yaşamışıq: təhsil müəssisələrimizlə, dünyada ilk "sinif-dərs" sisteminin tətbiqilə, astronomiya elminin uğurları ilə və hətta Moskvanın, Kremlini şamaxılı azəri-türk memarı tərəfindən tikilməsilə. Və həm də xəfif kədər də içimdən çəngimir. Nə səbəbdən bu gün də sivilizasiyanın dəyərlərini məmləkətimizdə kütləviləşdirməyi bacarmırıq. Bəlkə Sovet ideologiyasıdır əl-qolumuzu bağlayan? Bəlkə yazanlarımız yoxdur? Var, amma vəsaitləri tapılmır ki, əsərlərini ingilis, fransız, alman, çin, rus dillərinə çevirtdirib, yüksək tirajlarla yaysınlar. Milyonçularımızda da insaf yox, təəssübkeşlik keyfiyyəti qeybə çəkilib, başları isə malikanələrinin, villalarının, şadlıq saraylarının çoxaldılmasına qarışıbdır. Bu kədərli siyahıya qiyməti yüz mindən baha başa gələn yüngül minik maşınları da əlavə edərdim. Gələcək nəsil mən yazarın bu məqaləsini oxuyursa - acı hissi yaşaya bilməz və sələflərini necə xatırlayacaq - o bir Allah bilər!

Halbuki ana torpağı üçün, onu zənginləşdirmək, sərhəddini genişləndirmək naminə risqlərə əl atdılar ulularımız. Qan qardaşımız osmanlı türkləri Aralıq və Qırmızı dənizlərə, bizim Qaraqoyunlu və Ağqoyunlu dövlətlərimiz Ərəb körfəzinə, Hind okeanının Şərqinə sahib kəsildilər. Avropalıların Qərbə doğru yollarını qapadılar. Məntiq tələb edirdi: başda İspaniya sarayı olmaqla iqtisadi krizisdən çıxmaq üçün müstəmləkəçilik üsuluna əl atmaq lazım gəlirdi. Və bu qüvvə bir adamın iddiasında gerçəkləşdi. Bu şəxs məşhur səyyah Xirostofor Kolumb (1441-1509) idi! Mən ona okean cəngavəri deyərdim!

X.Kolumb İspaniya sarayına gəlib, kral I Filipp və onun xanımı, kraliça İzabelladan xeyir-dua almasına, yeni müstəmləkə tapmaq eşqiylə yola düşməsinə bir səbəb vardımı? Bəlkə bu təşəbbüs bəxt sınağı idi? Yoxsa özünə və komandasına inamı idi?

Yadıma fransız psixoloqu Q.Lebonun kəlamı düşdü: "Dirilər ölülərin fikirlərindən faydalanırlar". Unutmayaq, bu sözlər X.Kolumdan dörd əsr sonra deyilmişdi. Bəs X.Kolumb "ölülərin" fikrindən, yoxsa yazılı qoyub getdikləri elmi kəşflərindən yararlanmışdı? Axı, bu səyyah-coğrafiyaçı canından və gəminin çoxsaylı heyətindən bezmişdimi? Tələsməyək.

Artıq üçüncü həftə ötmüşdü. Sərt və hövsələsiz dalğaların əlinə bir şey keçmir, ümmanın ortasında kibrit çöpü kimi atılıb-düşən gəmiyə hücum edirdi. Ləpələrdən sıçrayan sular göyərmədə çırpınırdı. Heyətdə heç də hamısı əsəblərini cilovlamağı bacarmırdı, deyinir, Kolumbun vədlərini lənətləyirdilər. İradəli cavanlar göyərtədə taxta dor ağaclarına kürəklərini söykəyib çox-çox uzaqlara baxırdılar. Nəhəng balinalar dənizi oyur, şumlayırdılar. Köpək balıqları atılıb-düşən yelkənli gəmiyə çiyin vurmağa cəsarət göstərmirdilər.

X.Koluumb bu çaxnaşmanı görürdüsə, üstünü vurmurdu. Amma arabir öz kaumasına girib nəyisə götürüb göz gəzdirdi. Taleyi sanki bu kağızdan asılıydı. "Riyaziyyatçılar yaxşı bilir, elə astronomlar da: Məşhur alman alimi Eyler olmuşdur, vaxtında tanınmışdır, "triqonomatrik funksiyalar nəzəriyyəsi"nin atası (qiymət Karl Marksa məxsusdur) sayılmışdır. "Səma cismləri və Yer ölçülərinin yerbəyeredicisi" kimi vurğuladığı Eyler - bu fikri söyləyəndə dahi hərtərəfli alim Nəsirəddin Tusini (1201-1274) nəzərdə tuturdu. Azəri türk astronomu, riyaziyyatçı (həm də əxlaq nəzəriyyəsinin banisi, şair və s.) N.Tusi barədə onu deyərdim ki, milli mədəniyyətinə yüksək qiymət vermiş Elxanilər sülaləsi cənubi (güney) Azərbaycanında hakimiyyətini möhkəmlətmişdi və saraya ətrafdakı böyük istedad sahiblərini toplamışdı, o cümlədən, onların arasında Tusi Nəsirəddin də vardı. Təbrizə gələn gənc alim az sonra Hülakü xanın yardımı və razılığı ilə rəsədxana tikintisinə  başlayır. Əsası 1259-cu ilə təsadüf edən rəsədxanaya o zaman üçün ciddi məbləğ sayılan 35.000 dinar, yəni "qızıl sikkə" ayrılmışdı. Marağa şəhərinin qərb hissəsində - dağda uzunu 350, eni 150 arşın sahə nəzərdə  tutulmuşdu. Tikintiyə və elmi aparaturasına Tusinin özü rəhbərlik edirdi və bir ilə rəsədxana fəaliyyətə başladı. Bir maraqlı detalı xatırlatmaq yerinə düşər ki, N.Tusi Marağa rəsədxanasına ərəb, fars, yəhudi, azərbaycanlı, həbəş, çin millətindən olan istedadlı alimləri toplamışdı və onlar can-başla müşahidələrini aparır, tədqtiqatlarını davam etdirirdilər. N.Tusi öyünməli, dünyaya nümayiş etdirməli aşağıdakı elmi kəşflərin, dəqiqləşdirmələrin, proqnozların müəllifi oldu və bunlar dünya elmi ictimaiyyəti tərəfindən rəsmi status aldı: İngilis alimi İ.Nyutondan 400 əvvəl Ayın fəsillərini (fazasını) tapmış; Yerə peykimiz Ay arasındakı məsafəni ilk dəfə olaraq 7 arşın az fərqlə ölçmüş (386,781 minar, yəni km); peykimizin Yerə nisbətən beş dərəcə bucaq altında çəpəgi dövr etdiyini, Yerin tam Kürə şəklində deyil, qütblərdə batarı oval olduğunu aşkara çıxarmış; Ayda cazibə qüvvəsinin Yerə nisbətən 6 kərə zəifliyini sübuta yetirmiş, 900 ulduzun uzunluq, 878 ulduzun enlilik koordinatlarını yüksək dəqiqliklə hesablamışdı. Bu icadlar və dəqiq hesablamalar 7 (yeddi) edir və heyrətlənməmək qeyri-mümkündür. Ən önəmlisi bu gün də İsaak Nyutonun adına çıxılan ixtiranın müəllifi azəri türk astronomu Nəsirəddin Tusidir və xəcalətlidir ki, bizim milli akademiyamızın akademik, professor fizik-astronomları Tusinin müvafiq ixtirasını, hesablanmasını, dünyaya sübut etməkdə acizliklə barışırlar. Hər ildə mədəniyyətə, elmə, təhsilə və sairəyə aid neçə-neçə beynəlxalq simpozium (qoy olsun) çağırır, miloynlarla dövlət xərcləri çəkilir, N.Tusi irsi xatırlanmır. Yetmiş ildə Tusinin taleyini anladıq, indii ki, müstəqillik, fizika-riyaziyyat üzrə professorlarımızın...sayı isə ədədimi, həndəsimi silsiləsi ilə artmaqda davam edir. O böyüklükdə fizika institutu mövcuddursa...

N.Tusi subuta yetirmişdi ki, dənizlərdə və okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin kor-koranə şıltaqlığı deyildir, məhz Ayın çəpəki hərəkətindən, Yerin qütblərindəki bayaqlıqdan irəli gələn vaxtaşırı (il ərzində 24 dəfə özünü göstərən cazibə sıxılması) özünü büruzə verir. Okeanda intizar hökm sürür, gəminin hara baş aldığını yalnız Kolumb bilirdi, o isə heç kimə sirr gəlmədiyi nə iləsə məşğuldur? Sual, heyətin fikrindən keçsə də, heç kəs cürət eləmir ki.. Amma heyrətedici faktlar gəmi kapitanını - Kolumbu inandırır ki...

N.Tusi su-quru ilişgilərini dahiyanə təxəyyülü ilə önə çəkib, qabarmaların və çəkilmələrin iç dənizlərdəki vüsəti və cizgiləri ilə - görünüşü ilə okeanların gücü və sərhədləri arasındakı məsafə fərqlərini hesabladı. Bununla bəşəriyyətə naməlum torpaqların olduğunu irəlicədən xəbər verməklə ümumbəşəri kəşfə imza atdı. N.Tusiyə görə, Atlantik okeanının sinəsində uzunluğu 1015 km-lik ada yerləşməliydi. Maraqlıdır ki, portagizli dənizçilər bu informasiyadan xəbərsizdilər və 1467-ci ildə (mart ayında) həmvətənimiz Tusinin qabaqcadan - öncədən xəbər verdiyi quru parçasını - Müqəddəs Yelena adasını aşkarlamışdılar. Hansı ki, 450 ildən sonra fransız kralı, hökmdarı Napaleon həmin adaya sürgün ediləcəkdir.

***

...Rəsədxana işində idi. Başda Tusi olmaqla Atlantik okeana günbatana gün əyildikcə heyrətedici hadisələr baş verirdi. N.Tusi qeyri-adi idrakı və dərin müşahidələrinin yekunu kimi qərara gəldi ki, Yer Kürəsi şərti olaraq 24 meridiana bölünməli, birinci meridian Atlantik okeanına yaxın guşədən keçməlidir. İndi "O" meridianının Qrinviqdən keçməsi Tusinin dahiyanə kəşfinin ölməz sübutudur bu gün də.

Dəqiq hesablamalara əsaslanıb deyə bilərik ki, Atlantik okeanın Qərbində Şimaldan cənuba doğru sularda nəhəng quru sahilləri uzanır və cazibədar, sirli torpaqlara insan ayağı dəyməmişdir. Bu torpaqlar Şərqə tərəf 81 dərəcədə Şimal "en" dairəsində və 62 dərəcə Cənub uzunluq dairəsində yerləşməlidir. Deməli, N.Tusi Amerika qitəsinin coğrafi cizgilərini qabaqcadan aşkarlamışdır ki, heç bir layihəyə əsaslanmağa yer qoymamışdır.

(Davamı var)

 

Pin It
Səhifə 3 ila 5

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN