19  noyabr  2021-ci  il  tarixində  cari  ilin  sonuncu  Ay  tutulması  hadisəsi  baş  verəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayaıb.

Qeyd edilib ki, bu  təbiət  hadisəsi  zamanı  Ayın  bir  hissəsi  Yerin  kölgə  konusundan  (Umbra)  keçəcək  ki,  bu  cür  tutulmaya  Qismən  Ay  tutulması  deyilir.

Tutulma  hadisəsi  Bakı  vaxtı  ilə  saat  11:18:41-də  başlayacaq,  saat  14:47:04-də  isə  başa  çatacaq.  Ümumlikdə  2  saat  28  dəqiqə  davam  edəcək  tutulmanın  maksimumu  saat  13:02:55-də  olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN