Qazaxıstan Respublikasının Senatı plenar iclasda gömrük tranziti gömrük proseduruna uyğun olaraq
malların daşınması (daşıması) zamanı gömrük rüsumlarının, vergilərin, xüsusi, antidempinq, kompensasiya rüsumlarının ödənilməsi öhdəliyinin yerinə yetirilməsinin təminatının tətbiqinin xüsusiyyətləri haqqında Sazişin ratifikasiyasını təsdiqləyib.
Senator Nurlan Bekenov qeyd edi, sazişin normaları xarici iqtisadi fəaliyyətin vicdanlı iştirakçıları üçün gömrük prosedurlarının sadələşdirilməsinə yönəlib. Müqavilənin şərtlərinə cavab verən bəyannaməçilər daha az miqdarda gömrük rüsumlarının ödənilməsi öhdəliyinin yerinə yetirilməsinə təminat vermək imkanına malik olacaqlar.
“Sazişin ratifikasiyası Aİİ-nin tranzit potensialının inkişafına töhfə verəcək, tranzit daşımaları həyata keçirərkən xarici iqtisadi fəaliyyət iştirakçılarının xərclərini azaldacaq, həmçinin biznesə “Zəmanətlər” institutunun inkişafında və formalaşmasında iştirak etməyə imkan verəcək, hansı ki, bu da öz növbəsində yüklərin daşınması zamanı daşıyıcıların şəraitini yaxşılaşdırır”, - deyə müqavilənin yekununda bildirilir.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı 2014-cü il mayın 29-da təsis edilib. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Avrasiya İqtisadi İttifaqına (ЕАЭС) üzvü olan ölkələr - Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistandır.
JASMİN