Baş nazir İrakli Qaribaşvilinin ABŞ-ın Pensilvaniya Universitetində tədris ilinə başlayan oğlunun yanına yollanması və mübahisəli səfər xərcləri ilə bağlı qalmaqal səngimək bilmir.

TEZADLAR.AZ 24News.ge-yə istinadən xəbər verir ki, Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze Qaribaşvilinin Tbilisidən Münhenə baş tutmuş çarter reysi ilə səfərinin onun atası tərəfindən qarşılandığını bildirib. Çubinidzenin sözlərinə görə, baş nazirin atası Tariel Qaribaşvili oğlunun Tbilisidən Münhenə çarter reysilə uçması üçün, Dövlət Mühafizə Xidmətinin nəzdində olan təyyarəyə xidmət haqqı olaraq 34 min avro vəsait ödəyib. Bundan başqa Gürcüstan hökumətinin strateji əlaqələr departamenti baş nazirin ABŞ-a qeyri-rəsmi səfərinin xərclərinin dövlət büdcəsindən qarşılanmadığını bəyan edərək yayılan xəbərləri dezinformasiya adlandırıb. Lakin bəyanatda Qaribaşvilinin çarter reysindən istifadə etməsi inkar edilməyib. Bildirilib ki, baş nazir Avropayadək (Almaniyaya) çarter reysilə uçub, daha sonra isə ABŞ istiqamətindəki səyahətini kommersiya reysi ilə davam etdirib. Müxalifət nümayəndələri isə baş nazirin valideynlərinin pensioner olduqlarını, onun özünün maaşının isə çarter reyslərlə xarici ölkələrə səfər etməsinə yetməyəcəyinə diqqət çəkərək, əlavə açıqlamalar tələb edirlər.

Qeyd edək ki, baş nazir sonuncu dəfə 2021-ci ildə deklarasiya doldurub və sözügedən sənədə əsasən onun illik əməkhaqqı gəliri 43 926 lari təşkil edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN