Qırğızıstanda deputat Mederbek Əliyev (“İşenim”) məktəbəqədər və məktəb təhsili sahəsindəki vəziyyətlə bağlı hesabatda səhvlərə yol verildiyinə görə təhsil və elm naziri Doqdurkul Kendirbayevaya irad bildirib.

 Joqorku Keneşin sosial siyasət komitəsinin fevralın 26-da keçirilən iclasında deputat bildirib ki, hesabatın lap əvvəlində ciddi səhvlərə yol verilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə BilimAKİpress məlumat yayıb. 

“Siz bütün müəllimlərin başında dayanırsınız. Bu hesabat sizin adınızdan Joqorku Keneşə təqdim olunub. Birinci vərəqdə qrammatik səhvlərə yol verilib. Joqorlatuu - qırğız dilində belə bir söz varmı? Ola bilsin ki, mən səhv edirəm, baxın”, - deyə deputat nazirə müraciət edib.

  “Karjıloo sözündə “o” hərfi düşüb, sonra “k” hərfi düşüb. Üzr istəyirəm, komandamla işləyəcəm”, - deyə Kendirbayeva cavab verib.

 “Ola bilsin ki, bu hesabatı başqa qurumlar təqdim etsəydi, bəlkə də bağışlamaq olardı. Burada isə Təhsil və Elm Nazirliyidir. Bu baş verməməlidir. Nəzərə alın. Növbəti dəfə bütün sənədləri özünüz nəzərdən keçirin. Ola bilsin ki, hesabatı oxusanız, bu səhvləri görərdiniz”, - deyə Əliyev nazirə tövsiyə edib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN