Ötən il Türkiyədə ev və mənzil alan rusiyalıların sayı  nəzərəçarpaçaq dərəcədə artıb.

 Rusiya vətəndaşları 2021-ci ildə Türkiyədə, təxminən 5,4 min yaşayış mülkü alıblar ki,  bu da 2020-ci illə müqayisədə 75% çoxdur. Bu barədə RBC Türkiyə Statistika İnstitutunun məlumatına istinadən yazıb.

Beləliklə, rusların Türkiyədə mənzil və ev alan bütün əcnəbilər arasında üçüncü yeri qoruduqları da qeyd edilib.

İlk yerlərdə isə 10 və 8,7 min yaşayış əmlakı almış İraq və İran vətəndaşları qərarlaşıb.

“Tolerance” daşınmaz əmlakın inkişafı agentliyinin  direktoru Sergey Volçenko rusiyalıların Türkiyədə bu il daha çox daşınmaz əmlaka sahib olmaq marağını lirənin ucuzlaşması ilə izah edib. Onun  sözlərinə görə, ruslar 2021-ci ilin sonunda türk lirəsinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından istifadə ediblər. Noyabr və dekabr aylarında, bazarda ən yüksək aktivlik müşahidə olunub. Ekspert, həmçinin rusiyalıların, Türkiyə seçimini turist populyarlığı və investisiya vətəndaşlığı əldə etmək üçün mövcud proqramla əlaqələndirib.

Həmçinin Türkiyə şəhərləri arasında Antalya və Alanya kurortları mənzil almaq üçün əsas bölgələr olub, bununla belə,  Mersin də populyarlıq qazanmaqdadır.

***

Bəs Azərbaycan vətəndaşları?..

Qeyd edək ki, Türkiyə Statistika Qurumunun məlumatına görə, Azərbaycan bu statistikada 8-ci yerdə qərarlaşıb. 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 720 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 174 obyekt çoxdur. Ümumilikdə isə Azərbaycan vətəndaşları 2021-ci ildə  Türkiyədə 1 517 mənzil alıb ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 236 mənzil və ya 18,6% çoxdur.

2021-ci il ərzində isə əcnəbilərin Türkiyədən aldıqları evlərin sayı isə ötən illə  müqayisədə 17 984 ədəd və ya 43,5% artaraq 59 282-yə çatıb.

Göründüyü kimi, Azərbaycan vətəndaşlarının da qardaş ölkədə daşınmaz əmlak obyekti,  ev və mənzil almağa böyük marağı var. Çox insan belə bir lüksə sahib olmaq istər. Əlbəttə, maliyyə imkanı buna yol verərsə...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN