Azərbaycan Respublikasında koronavirus (COVİD -19) infeksiyasına
1151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərərgahın məlumatına görə, COVİD – 19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Qeyd edək ki, bir müddət öncə ölkədə gündəlik koronavirusa yoluxma sayı xeyli azalmışdı, lakin demək olar ki, son bir həftə ərzində rəqəmlər durmadan artır və bu gün aktiv xəstə sayı 9593 nəfərə çatıb.
TEZADLAR.AZ