Əfqanıstanın kənd təsərrüfatı, suvarma və heyvandarlıq nazirinin keçmiş müavini Mavlavi Şəmsuddin Şəriəti ölkənin baş prokuroru təyin edilib.

Bu barədə  Ariana News telekanalı “Taliban”ın sözçüsü İnamulla Samanqaniyə istinadən xəbər verib.

“İnamula Samanqani... bildirib ki, əkinçilik, suvarma və heyvandarlıq nazirinin keçmiş müavini Mavlavi Şəmsuddin Şəriəti Əfqanıstan İslam Əmirliyinin ali rəhbərinin  fərmanı ilə baş prokuror təyin edilib", -  kanal Twitter-də bildirib.

Xatırladaq ki,  ötən il avqustun 15-də taliblər Kabili ələ keçirdikdən sonra Prezident Əşrəf Qani ölkədən qaçıb. Və Qaninin ölkəsini tərk edərkən bir helikopter dolu pul ilə getdiyi bildirilib. 

Əfqanıstanda hakimiyyət "Taliban"ın əlinə keçdikdən sonra, ABŞ administrasiyası 15 avqust tarixində Əfqanıstan hökumətinin Amerika banklarında olan dövlət ehtiyatlarını dondurub. 

Administrasiyadan Əfqanıstan hökumətinin mərkəzi bankının ABŞ-dəki aktivləri “Taliban”a verilməyəcəyi bildirilib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları aprelin sonunda 9,4 milyard dollar təşkil edib.

"Taliban" isə dünya dövlətlərindən onların yeni qurduqları hökuməti tanımasını istəyir.

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN