Ermənistanın “FlyOneArmenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, “FlyOneArmenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epimeioloji tədbrlkərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.
Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib.
Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.