Rusiya prezidenti Vladimir Putin “dost olmayan ölkələr” üçün cavab olaraq viza tədbirləri haqqında fərman imzalayıb.

Sənəddə qeyd olunur ki, fərman Rusiya prezidenti tərəfindən Avropa İttifaqının (Aİ) qeyri-dost hərəkətlərinə cavab olaraq təcili tədbirlərin görülməsi zərurətini nəzərə alaraq qəbul edilib.

Fərmandan irəli gələrək bəzi ölkələrə vizların verilməsinin sadələşdirilmiş proseduruna dair sazişlərin bir neçə bəndinin fəaliyyəti dayandırılacaq.

Bura Aİ ölkələri, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteyn daxildr.

Həmçinin bəzi bəndlər rəsmi nümayəndə heyətlərinin üzvlərinə və media nümayəndələrinə də aiddir .

Putin artıq XİN-ə tapşırıq verib ki, Rusiyaya qarşı “dost kimi davranmayan” xarici ölkə vətəndaşlarının da ölkəyə şəxsi girişinə fərdi qaydada məhdudiyyət qoyulsun...

Fərman artıq qüvvəyə minib.

Xatırladaq ki, Rusiyanın fevralın 24-də Ukraynada başladığı “xüsusi əməliyyat"dan sonra Aİ ölkələri, ABŞ və bəzi dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı.

Hətta sanksiyaların sayına görə Rusiyanın İranı da ötdüyü bildirilir. Castellum.ai qlobal məlumat bazasından alınan məlumatlara görə, Rusiya digər dövlətlərin ona qarşı tətbiq etdiyi sanksiyaların sayına görə dünya lideri olub.

Qeyd edək ki, indiyədək Rusiyaya qarşı minlərlə sanksiya tətbiq edilib və bu hal davam edir.

Qərb, Aİ ölkələri Ukraynadakı müharibəyə görə Rusiyanı cəzalandırmaq, həm də qoşunlarını çıxarması üçün təsir etməyə çalışır...

Lakin təəssüf ki, müharibə can almaqda davam edir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN