Türkiyə Qırmızı Aypara Cəmiyyəti uzun illərdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə ehtiyacı olan yoxsul ailələrə və əlillərə 500 ərzaq bağlaması çatdırıb.

TRT-nin məlumatına görə, Cəmiyyətin Yəmən nümayəndəsi İbrahim Ubeyd Yəmən Qızıl Aypara Cəmiyyəti ilə koordinasiyalı şəkildə Ədən əyalətinin əl-Mansura şəhərindəki Əlillərə Yardım və Reabilitasiya Dərnəyinin qərargahında ehtiyacı olanlara Ramazan yardımı paylandığını bildirib.

Mansura şəhərində yoxsul ailələrə və xüsusi ehtiyacı olan insanlara 500 ərzaq bağlamasının paylandığını qeyd edən Ubeyd bunun Ramazan ayında Yəməndə 5 min ərzaq bağlamasının paylanmasını əhatə edən yardım proqramlarının bir hissəsi olduğunu qeyd edib.

Ubeyd bildirib ki, bu yardımlar Türkiyənin müharibədən əziyyət çəkən yəmənlilərin əzablarını yüngülləşdirmək üçün humanitar yardım çatdırmaqda göstərdiyi həssaslığın öz əksini tapmasıdır.

Türkiyə Qırmızı Aypara Cəmiyyəti Yəmənin müxtəlif bölgələrində ehtiyacı olanlara ərzaq və geyim, xəstəxanalara dərman və tibbi ləvazimat verir.

Qeyd edək ki,  Yəməndə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında illərdir davam edən qarşıdurmalarda təxminən 377 min insan həyatını itirib.

Ən yoxsul ölkələr sırasında olan Yəməndə vətəndaş müharibəsi səbəbindən böyüyən humanitar böhran dəhşətli həddə çatıb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN