ABŞ yenə səs çoxluğu ilə öndədir...

Qeyd edək ki, Gürcüstanda " Gürcüstan gəncləri Azərbaycan barədə nə düşünür?" adlı sorğu keçirilib.

 Gürcüstanda rəyi soruşulan gənclər Azərbaycanı insanlarının isti xarakteri, ünsiyyətcilliyi, nəzakətliliyi, qonaqpərvərliyi və memarlığı ilə Gürcüstanla oxşar olduğunu bildiriblər.

Bu, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) təşəbbüsü ilə gənclər arasında keçirilən sorğunun nəticələrindən məlum olub. Sorğu iştirakçıları hesab edirlər ki, Azərbaycan və Gürcüstan arasında əsas fərqli cəhətlər din və mədəniyyətdir. Etnik azərbaycanlı gənclər isə Gürcüstan və Azərbaycan arasında demək olar heç bir oxşarlıq görmədiklərini deyiblər. Sorğu zamanı gənclər Gürcüstanın əsas siyasi tərəfdaş ölkələrini də sadalayıblar.  Respondentlərin 40 %-i ABŞ, 4 %-i Ukrayna, 4 %-i Azərbaycan, 3 %-i Rusiya, 3 %-i Türkiyə, 2 %-i Almaniyanı əsas siyasi tərəfdaş adlandırıb. Tərəfdaş ölkələr arasında Ermənistan yer almayıb. Bu ölkəni gənclərin 1 %-i Gürcüstanın əsas düşmənlərindən biri kimi dəyərləndirib. Respondentlərin böyük əksəriyyəti – 68 %-i əsas düşmən ölkə kimi Rusiyanı göstərib. Qeyd edək ki, sorğu 2021-ci ilin iyulun 23-dən avqustun 18-dək aparılıb. 18-29 yaş arasında olan respondentlərin sayı 1 539 nəfər təşkil edib (24News.ge).

Xatırladaq ki, ötən il  Beynəlxalq Respublika İnstitutu (IRI) da Gürcüstanda “Hansı ölkəni Gürcüstanın vacib siyasi tərəfdaşı hesab edirsiniz?”  - ictimai rəy sorğusu keçirmişdi.  O zaman respondentlərdən 60 %-i ABŞ-ı, 56 %-i Avropa İttifaqı, 32 %-i isə Ukraynanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı adlandırıb. Sorğuda iştirak edən Gürcüstan vətəndaşlarının 15 %-i Azərbaycanı, 10%-i Türkiyəni 4%-i isə Ermənistanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib.

Göründüyü kimi,  Gürcüstanda respondentlərin - gənclərin yenə böyük bir hissəsi ABŞ-ı yüksək siyasi tərəfdaş ölkə hesab edir. ABŞ-ın adı ilk pillədə yer alır. Sadəcə bu dəfəki sorğu iştirakçlarının 40% -i ABŞ-ı seçib. Beynəlxalq Rİ-nun sorğusunun iştirakçılarının 60 %-i ABŞ- seçmişdi. Faiz dərəcəsinin aşağı düşməsinə baxmayaraq, Gürcüstanda ABŞ-ı daha çox tərəfdaş ölkə hesab edirlər. Beynəlxalq Rİ-nun həmin sorğusunda iştirakçıların 15%-i Azərbaycanı mühüm siyasi tərəfdaş ölkə hesab edirdilər.  “Rondeli Fondu”nun sorğusunda isə Azərbaycanı tərəfdaş ölkə hesab edənlərin sayı azalıb – cəmi 4%... Lakin bu sorğuda Ermənistanın adı, ümumiyyətlə yer almayıb, hətta 1%-i düşmən ölkə kimi dəyərləndirib. Avropa İttifaqına isə ümid azalıb...

Qeyd edək ki, adı üçlükdə ilk yerdə qərarlaşan ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində açıq şəkildə dəstəkləyir və xüsusilə də 2008-ci il Rusiya –Gürcüstan müharibəsindən sonra strateji tərəfdaşlıqları daha çox irəliləyib.  ABŞ ardıcıl olaraq Gürcüstana maliyyə dəstəyi edir.

Əlbəttə, Azərbaycanın hər zaman Gürcüstana verdiyi dəstək də unudulmamalıdır... Çünki bizim üçün Gürcüstan həmişə dost ölkə olub və dost münasibəti də göstərmişik.

 

Y.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN