Azərbaycan 30 illik erməni işğalına 44 gündə son qoydu...

Amma belə görünür ki, Bakının tıxac probleminə çarə tapılmayacaq. Niyə? Ona görə ki, yazılır, deyilir, təklif verilir, amma Bakı daxilə tikilir. Bu isə o deməkdir ki, Bakının tıxac problemi həlledilməzdir. Bunun isə bir neçə səbəbi var: bir tərəfdən Bakıda harda boş yerlər var, göydələnlər tikilir və süni surətdə əhali kənardan mərkəzə daşınır.

İkincisi, Bakıda hələ də yüz minə yaxın qaçqın və məcburi köçkün var, onlar doğma yurduna qayıtmayıblar, hansı ki, onların təxminən 40 faizinin avtomobili var, əksəriyyəti də paytaxtın mərkəzində taksilik edir.

Üçüncüsü, Bakının "Binə" və "Sədərək" iri ticarət mərkəzi paytaxtın çıxışında tikilib, ora alverə və mal satmağa gedənlərin demək olar 80 faizi Abşeron yarımadasında-paytaxtın mərkəzində, yaxud paytaxtətrafı ərazilərdə yaşayırlar. Bakının isə həmin ticarət mərkəzlərinə gedən və gələn, əsasən, bir küçəsi var- Üzeyir Hacıbəyovdan keçərək Salyan şossesi ilə irəli...

Dördüncüsü, Bakını təkcə göydələn mafiyası tıxaca dirəməyib, həm də avtomobil alveri ilə pul qazanan bir zümrə- qruplaşma var. Məsələn, təkcə 2023-cü ilin yanvarında Gürcüstandan Azərbaycana 29,3 milyon dollar dəyərində 2 436 ədəd avtomobil ixrac edilib. Bu, ötən illə müqayisədə 2 faiz çoxdur. Dubaydan, Türkiyədən gətirilən avtomobilləri də bura əlavə etsək, bu o deməkdir ki, Bakı avtomobillərlə günbəgün doldurulur. Qarşısıalınmaz bu vurhavurun mənası odur ki, paytaxtda yaşam getdikcə çətinləşəcək. 

Təkliflərimiz: məcburi köçkünlər daha tez öz yurdlarına qaytarılmalı, Bakıdakı göydələn acgözlərinin qarşısı alınmalı, Bakıya avtomobil daşımalarına məhdudiyyət qoyulmalıdır..,

Sonuncu təklifə əlavə: Bakıda avtomobil alışında paytaxtda pasport qeydiyyatı olanların avtomobil almasına bir müddət məhdudiyyət tətbiq edilməlidir. Yaxud, onların avtomobil almasına xüsusi rüsum tətbiq olunmalıdır. Xüsusən də mərkəzdəki göydələnlərdə yaşayanların avtomobil alması zamanı ikiqat rüsum tətbiqi olmalıdır ki, mərkəz tıxaclara dirənməsin.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN