Şəki şəhəri, C.Hüseynov küçəsi, ev 35 ünvanında yaşayan Şəfəq Xəlilova tərəfindən «Təzadlar»a daxil olan şikayət diqqəti çəkəndir.

Söhbət yenə də məhkəmə hakimlərinin qərar çıxararkən kənar təsirlərə deyil, «Məhkəmə və hakimlər» haqqında milli Qanunumuzda göstərildiyi kimi, öz daxili inamına güvənməsi məsələsindən gedir. Amma şikayətdən məlum olur ki, bu dəfə şəki Apellyasiya Məhkəməsində iş tərsinə olub. Necə? Gəlin şikayət məktubuna nəzər yetirək. Şikayətçi Ş.Xəlilova yazır:

shefeq-2

-Hörmətli «Təzadlar»! Sizə məmur özbaşnalığı, real faktların nəzərə alınmaması, oğurluq hadisəsinin nə səbəbdən ört-basdır edilməsi (hadisə günü şahidlər və dəlillər ola-ola) şəxsi əmlakın toxunulmazlığının təmin edilməməsi haqqında ətraflı məlumat vermək istəyirəm və bu oğurluq hadisəsinin şəffaf, düzgün araşdırılması üçün mənə köməklik göstərməyinizi xahiş edirəm..

 Mən, Şəfəq Nurəli qızı, bildirirəm ki, evimə 05.09.2021-ci ildə qanunsuz basqın edilərək sabiq yoldaşım Xəlilov Rövşən Bəhram oğlu, yoldaşı Xəlilova Aynur Akif qızı və qadının qızı Əlifova Şəhla Əziz qızı tərəfindən talan olunmuşdur. Onu da qeyd edim ki Xəlilov Rövşən 2016-ci ilin dekabrında könüllü olaraq Aynur Xəlilovanin yaşadığı Şəki şəhəri, Fuad Abdürəhmanov-27-A ünvanına getmis, 2017 - ci ilin avqust ayından bizim ünvandan qeydiyyatdan çıxmış, həmin ünvana qeydiyyata düşmüşdür.

Beləliklə, 5 sentyabr 2021- ci ildə anamgilə getdiyimdən xəbər tutub saat 21:00 radələrində yaşadığım evimə əvvəlcədən planlaşdırılmış basqını ediblər. Mən xəbər tutan kimi baş vermiş hadisə ilə baglı DİN-nin 102  xidmətinə zəng etmişəm və evimə polis şöbəsinin əməkdaşları ilə daxil ola bilmişəm. Şəki Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Nərimanlı Nicat Nəriman oğlu Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutaraq hadisə yerinə baxış kecirib, protokol tərtib etmişdir. Protokolda qapının qırılması, evin dağınıq olması barədə tədqiqatçı Nicat Nərimanlı yazılı olaraq qeyd etmişdir. Protokolda hal şahidlərindən hadisənin törədənlərdən biri olan Aynur Xəlilova evin dağınıq olmasını və qapının qırılmasını öz imzası ilə təsdiq edib. Hətta Nicat Nərimanlının çəkdiyi şəkillərdə də içi dolu zənbillər, dagıdılmış ev və s.  açıq -aşkar görünür. Əlavə olaraq video kameranın yaddaş blokunun verilməməsi hadisəni törədənlərdən alınan izahatlar (öz izahatlarından qapının necə qırılmasını, kameranın necə söndürülməsini həmin ünvana güya qonaq gəldiklərini və s. deyirlər.)  əvvəlcədən birbaşa planlaşdırılmış cinayətin sübutdur. Çox təəssüf ki, nə Şəki Şəhər Polis Şöbəsi, nə Prokurorluq, nə də məhkəmə təqdim olunan sübutlara ciddi yanaşmamışdır. Səbəb də bunu göstərirlər ki, hadisə günü sabiq baldızımla münaqişə olub, sonra onunla barışmağımdır. Qeyd edim ki, hadisə günü Əliyeva Samirə Bəhram qızı da bizim evdə oldugundan mən ilk olaraq qapının Samirə xanımın açdığını düsündüm və aramızda münaqişə oldu. Sonra Samirə baş vermiş məsələyə aydınlıq gətirdi və biz barışdıq. O, həm Polis Şöbəsində, həm məhkəmə proseslərində yol qapısının əvvəlcədən açıq oldugunu qeyd etmiş və baş vermiş hadisəni oldugu kimi danışmış, hətta məhkəmə proseslərində dəfələrlə izahatı oxumadan qol çəkdiyini və evdən qovulduğunu qeyd etmişdir. Samirə Əliyeva öz cıxışlarında qapının və pəncərənin qardaşı, sabiq ərim Rövşən Xəlilov tərəfindən qırıldıgını, Aynurun qızı Əlifova Şəhlanın isə evə kecib hadisədən yarım saat sonra dolu zənbillərlə evdən cıxdığını qeyd etməsinə baxmayaraq, heç kim bunu əsas götürmədi. Mən də məcbur oldum Sizə müraciət edim.

 21 il 3 övladımla yaşadagım, rəsmi qeydiyyatda oldugum və istifadə hüququ aldığım evin sakini olaraq Sizə bildirirəm ki, başqa çıxış yolum yoxdur, cunki həmin evin qeydiyyatında olmayan, evə koçurülməsi 2(075)-23/2022 nömrəli 24.02-2022-ci ildə qüvvəyə minməyən Xəlilov Rövşən Bəhram öglu və Xəlilova Aynur Akif qızı məni evə buraxmir, ev əşyalarımı, qızıl-zinət, cehiz əşyalarımı vermir, üstəlik, mənə lağ edərək deyir ki, bacarırsan sübut et. Halbuki 90-dan çox müxtəlif vaxtlarda çəkilmiş foto şəkillər, hadisə ilə baglı təqdim olunan çəkilişlər, şahidlər nə Prokurorluq, nə də Şəki Apellyasiya Məhkəməsinin hakimi Elçin Mehdiyev tərəfindən nəzərə alınmayib. Hakim Pərviz Hacıyev tərəfindən Şəki rayon Məhkəməsində təmin olunan qızıllarımın verilməsi Şəki Apellyasiya Məhkəmində təmin edilmədi. Müsbət tərəfi yalniz o oldu ki, 2(107)-730/2023 saylı qətnaməsinin İşin halları ilə baglı 84-cü bəndində kollegiya iddiaçının, yəni mənim qızıllarımın həqiqətən olduğunu təsdiqləmiş, lakin kim tərəfindən götürüldüyünü naməlum hesab etmişdir. Gülməli də olsa, belədir! Bu da hakimin çıxardığı qərar!

***

Hörmətli redaksiya! Belə bir sual çıxır ortaya: niyə araşdırmaq üçün rəsmi Qərardad çıxmadı???

Niyə qızıllarım məhz hadisə günü yoxa çıxdı, 21 il yaşadığım müddətdə həmin evdən yoxa çıxmadı??

Niyə hakim Elçin Mehdiyev kameranın yaddaş blokunun götürüldüyünü prosesdə etiraf edən Rövşən Xəlilova niyə yaddaş blokunu polis əməkdaşlarına vermədiyini sual etmədi? Bəs şəkildə hadisə günü tədqiqatçı tərəfindən lentə alınan dolu zənbillər kimin idi?

 Təqdim olunanan şəkillərdəki cehiz əşyalarım niyə məhkəmə qərarında mənə qaytarılması təmin olunmadı? İzahatında evə guya qonaq gəldiyini deyən və cehizlərimin bir qisminin yır-yığış edilərək zənbillərə doldurulması Aynur Xəlilova tərəfindən etiraf olunsa da, niyə «qonaq»  tərəfindən oğurlandığı barədə ona da sual verilmədi? Hakim Elçin Mehdiyev cavabdeh Aynur Xəlilovanın 05.09.2021-ci ildə verdiyi ifadə ilə I-İnstahsiya məhkəməsində verdiyi ifadələrin üst-üstə düşmədiyini niyə araşdırmadı??? Budurmu hakim müstəqilliyi və məhkəmə ədaləti?

 Hakim Elçin Mehdiyev 2(107)-1920/2018 nömrəli qərarı ilə mənə boşanma qərarı ilə əmlak bölgüsündə verilmiş malları da qərarında təmin etmədi. Hansı ki, o, özünün təmin etdiyi qərarı bu gün tanımadı. Böyük faciədir!

 Qeyd edim ki, vəkilim Rəcəbov Səbuhi Tapdıq oglu tərəfindən Ali Məhkəməyə məlum 2(107)-730/2023 saylı qərar ilə baglı şikayət veriləcək.

Bu prosesin birbaşa şəffaf araşdırılması və düzgün, ədalətli qərar çıxması, cinayətkarların cəzalandırılmasının təmin edilməsinə inanıram. Çünki Ali Məhkəmənin rəhbərliyinin ədalətli olduğuna hamı kimi, mən də inanıram.

Hörmətlə: Xəlilova Şəfəq Nurəli qızı

REDAKSİYADAN: «Təzadlar» olaraq biz də inanırıq ki, Ali Məhkəmədə bu mülki və cinayət tərkibli mübahisəyə (hadisəyə) hüquqi aydınlıq gətiriləcək…

Elçin Məmmədli

mehkeme-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN