Azərbaycan Prezidenti İlham Əliyev televiziya vasitəsi ilə xalqa müraciət edib.

Tezadlar.az xəbər  verir ki, Əliyev ötən gün başladılan antiterror tədbirləri ilə Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirib. Antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlət başçısı deyib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".
 Əliyev bildirib ki, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər: "Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhali bizim vətəndaşlarımızdır. Erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhali tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”. Sonda Əliyev bildirib ki, heç kim Azərbaycan xalqı ilə diktat və ultimatum dili ilə danışa bilməz: "Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir, Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcəyinə, sülh müqaviləsi imzalayacağına və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvaram. Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”, - deyə İ. Əliyev müraciətində vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN