Görürük, dərk etmirik. Ona görə də qəbahətimizi gec başa düşürük. Xaçmaz-Bakı yolunun ikiyə böldüyü meşəni deyirəm - Ağalıq kənd meşəsini. Meşənin zülmü var, açıb-ağardanı yox. Keçmişdə deyil, uzaqda deyil, elə bu günümüzdə. Yaranışını, yaşını dürüst bilməsək də, bu gün meşənin ağrısına biganəyik. Gözümüzü bəsirət pərdəsi örtüb. Demirəm doğrayıblar, oğurlayıblar, baxımsız, qayğısız qalıbdır meşə. Bunda elə özümü də günahkar bilirəm. Bir vaxt cənnətməkan gördüyüm bu yerdən hərdənbir keçirəm.

Maşınların az olduğu o yaxın keçmişdə meşədə vurnuxan, ora-bura qaçan çöl heyvanları nəzərə gələrdi. Donuz sürüləri də vardı, dovşanı, kirpisi də. Quşların qıy çəkməsi səksəndirərdi yoldan keçənləri. Bu gün "gördüm" deyən yoxdur toyuğabənzər quşları. Qəhətə çıxıb kəklik, çil. İndi orada nə qırqovul var, nə də torağay. Çox qayçılanıb Ağalıq meşəsi. Palıdı gördüm deyən yoxdu,. pipdən, vələsdən soraq...

Bir vaxt uzaqdan-yaxından diş ağardırmış kimi nəzərə gələn vahiməli ucaboy qol-qanadlı qovaq ağacları da yoxdur. Yəqin qocalan qocalıb, çürüyən çürüyüb. Uzaq-yaxın ətrafı şilgir topaları zəbt edib.

Ağalıq kənd meşəsində təbii meşəlikdən nişanə tapılmır. Bəlkə də özbaşına buraxılmış, təsərrüfat qayğısı görməmiş elə bu şilgiliklər çaşdırır adamları. Meşədir - deyib keçirlər. Amma baba çoxdan ölüb, ocağı ondan qabaq sönüb. Yasaq sayılıb bu yer üçün qələmələr. 10 illərlə uzaq-yaxına göndərilmiş saya gəlməz tinglərin bircə qırığı Ağalıq meşəsinin ala-tala yerlərində əkilsəydi, söz yox indi, özgə mənzərə, özgə hikmət duyulardı. Ancaq nə fayda ki, yada düşmür... Doğru-dürüstlüyünə diqqət etsək, lap müstəqilliyimizin bu yaxın illərində də Ağalıq meşəsinin sağ-solu, böyür-başı şimaldan və cənubdan, qərbdən və şərqdən kəsik-kəsik qayçılanıb.

Çox da pessimist olmayaq, biganəliyimizdən şikayətləndim, ciddi siqnal olsun deyə. Şabran meşəçiliyinin öyünməli göz qamaşdıran xəzinəsi də var. Yuxarıda dediyim "cüzi pay" elə Ağalıq kənd meşəsində Təzəkəndin qənşərində - Şabran-Xaçmaz yolunun sağ cinahında hələ qiymətini almamış, gərəkli şöhrətinə çatmamış aşkar xəzinə "dəfinələr adasıdır".

50-60 cı illərdən bəri Dəvəçi-Siyəzən yamaclarında ilk terrasların çəkilişinə aparır bu Ağalıqdakı şitilliyin başlanğıcı. O zamanın zəhmətkeş meşəçiləri ilkin tinglik yaradıb. Onlar el-obada tək- tək görünən xan çinarlarından çilik gətirərək bu tingliyin əsasınə qoyub bu gün konveyer halına gələn bu şitilliyin. Orada bu gün yetkin, usta peşəkarlar işləyir. Yetirdikləri tinkləri o terraslarda, meşə düzündə də ( biraz seyrək olsa da) yol boyu sağ və solda ürkək cüyür kimi topa-topa görünən qələmələr ötən meşəçilərin xatirəsi kimi nəzərə gəlir.

Qüdrət Nurəli oğlu Əliyev,

Quba rayon İsnov kəndi

20231002_121808

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN