Ən ucuz ət və süd Belarus paytaxtında satılır...
2023-cü ilin sentyabr ayının sonunda Avrasiya İqtisadi İttifaqı ölkələrinin paytaxtları arasında pasterizə olunmuş südün ən yüksək qiymətləri Bişkekdə olub.
TEZADLAR.AZ xəbər verir ki, bu məlumatı ölkənini Milli Statistika Komitəsi təqdim edib.
Məlumata görə, sentyabrda demək olar ki, bütün zəruri mallar üzrə Aİİ ölkələrinin digər paytaxtları ilə müqayisədə maksimum orta qiymət Moskvada qeydə alınıb.
Bundan başqa, sentyabrda assosiasiya ölkələrinin paytaxtları arasında yumurtanın maksimal orta pərakəndə satış qiyməti Bişkekdə (10 dənəsi üçün 1,28 dollar), Minskdə isə minimum pərakəndə satış qiyməti (0,98 dollar – təqribən 1 manat 65 qəpik ) qeyd edilib.
Pasterizə olunmuş südün ən yüksək qiyməti Qırğızıstanın paytaxtındadır (litri üçün 0,9 dollar).
Quzu əti (6,53 dollar – təqribən 11 manat ) və yağın (4,98 dollar – təqribən 8 manat 45 qəpik) ən aşağı qiyməti Bişkekdə qeydə alınıb. Ən ucuz mal əti (4,26 dollar – təqribən 7.22 AZN) və pasterizə olunmuş süd (0,62 dollar – təqribən 1 manat 5 qəpik) Minskdə satılıb.
Sentyabrda Bişkekdə kartof Astanadan 18,2 faiz, Moskvadan 29,5 faiz, Minskə nisbətən 25 faiz baha olub. Bişkekdə birinci dərəcəli undan hazırlanan çörəyin maya dəyəri Qazaxıstan paytaxtı ilə müqayisədə 40,5 faiz baha olub.
Həmçinin Bişkekdə yumurtanın orta qiyməti Astanadan (5,5 faiz), Moskvadan (21,9 faiz), Minskdən (23,4 faiz), pasterizə edilmiş südün Astanadan (7,8 faiz) və Moskvadan (5,6 faiz), həmçinin Minskdən (31,1 faiz) səviyyəsində artıb.
Qeyd etdiyimiz bəzi statistik məlumatlara Azərbaycan paytaxtı ilə bağlı əlavə də etmək istədik.
Paytaxt Bakının ət dükanlarında sümüklü mal əti 15- 16 manata, sümüksüz mal əti 18 və daha yüksək, qoyun əti 17 -18 (10 dollara) manata satılır. Bu qiymətlər supermarketlərdə daha yüksəkdir. Minskdə satılan mal ətinin qiyməti ilə Bakıda satılan mal ətinin qiyməti arasında fərq – hər kiloqramı üçün təqribən 8-9 manat edir... Yəni Bakıda 1 klioqram mal ətinə verdiyimiz pula Minskdə 2 kiloqram mal əti almaq mümkündür.
Əlavə şərhə ehtiyac varmı?..
Y.MƏMMƏDLİ