Bu gün daha 21 ailə 31 ildən sonra doğma yurda- Laçına qayıdır...

Dövlət Qaçqınkom- dan "Təzadlar"a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Yolasalmaya şahidlik edən əməkdaşımız qeyd edir ki, Laçına köçənlərin sevincini sözlə ifadə etmək olduqca çətindir: "Bu dəfə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülür... Onlar özlərini dünyanın ən xoşbəxti hesab edirlər. Ermənistanın işğalı nəticəsində 31 ildir Laçın həsrəti ilə yaşamış bu insanların həsrətinə bu gün son qoyulur... Sevindiyini göz yaşlarl ilə izah edən laçınlıların sevincinə biz də qoşuluruq...".
  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması təmin edilib.

 Yurda qayıdışımız mübarək olsun! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN