Xəbər verdiyimiz kimi, bu gün - dekabrın 14-də görkəmli teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik dünyasını dəyişib.

TEZADLAR.AZ xəbər verir ki, Xalq artisti Ramiz Məliklə vida mərasimi Heydər Məscidində baş tutub. Daha sonra ustad sənətkar II Fəxri Xiyabanda dəfn edilib.

r

Dəfndə aktyorun ailə üzvləri, mədəniyyət nazirinin müavini Səadət Yusifova, sənət yoldaşları, jurnalistlər,  mədəniyyət və  ictimaiyyət nümayəndələri  iştirak ediblər. Mərhumun ruhuna dualar oxunub, sənət yoldaşları – Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov və digər şəxslər çıxış ediblər.

r

rr

Xatırladaq ki,  Azərbaycan teatr və kino aktyoru, Dövlət Mükafatı Laureatı,  “Şöhrət” ordenli  Xalq artisti Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakı şəhərində doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub – Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. O,  1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

Unudulmaz sənətkar yüzlərlə kino və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Ramiz Məlik həm də çoxlu sayda filmlərin dublyajında iştirak edib. O, bir müddət idi ki, səhhətində yaranan problemlə əlaqədar olaraq müalicə alırdı.

Xalqın sevgisini qazanmış sənətkara Allahdan rəhmət diləyirik.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN