Dekabrın 1-dən, martın 1-dək müəyyən ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti ilə bağlı qanunvericilikdə dəyişiklik edilib.

tezadlar.az Gürcüstan DİN- nin rəsmi saytına istinadla bildirir ki, bununla bağlı İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi “Gürcüstanın İnzibati Xətalar Məcəlləsi”nə və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərə edib. Qanun layihəsini daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze təqdim edib. Parlament müzakirəyə çıxarılan qanun layihəsini dəstəkləyib. Bildirilir ki, duman, yağış, qar və digər təbiət hadisələri zamanı görmə məsafəsi azalan zaman nəqliyyat vasitəsi ilə səyahət etmək təhlükəlidir. Bu baxımdan, qışda Gürcüstanın dağlıq rayonlarında müvafiq təkərlər və sürüşməyə qarşı zəncirlərlə təchiz olunmayan belə bir nəqliyyat vasitəsi ilə səyahət etmək xüsusilə təhlükəlidir. Qış dövründə (dekabrın 1-dən martın 1-dək) ​​təyin olunmuş zonalarda hərəkət edərkən avtomobil qış təkərləri ilə təchiz olunmalıdır. Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş müddətdə (dekabrın 1-dən martın 1-dək) ​​müvafiq xüsusiyyətlərə malik qış təkərləri olmayan avtonəqliyyat vasitəsini idarə edərkən və müəyyən zona və yol hissələrində hərəkət edərkən, habelə xüsusi hallarda, meteoroloji şərait nəzərə alınmaqla - ən azı iki təkərdə sürüşməyə qarşı zəncirlər olmasa - 100 lari məbləğində cərimə ediləcək və sürücünün 5 balından silinəcək.

Qeyd edək ki, qış təkərlərinin texniki xüsusiyyətləri hökumətin qərarı ilə müəyyən edilir. 

Bizcə, Azərbaycanda da belə bir qərar olmalıdır və sürücülərin qarlı- şaxtalı havalarda təhlükəsiz hərəkətinə münbit şərait yaradılmalıdır.

ELŞAD

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN