"Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir".

Bu sözlər İcmadan "Təzadlar"a göndərilən bəyanatda ifadə olunub. Sitat: "Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır. İşğal dönəmində Natəvanın məzarı dağıdılmışdı. Bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir. Lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır".

Bəli, bu bir daha göstərir ki, dünyaya ağıl və siyasət dərsi keçən Fransanın siyasi hakimiyyəti düşüncələrində nə qədər cılızdır. Rəsmi Bakı Makron hakimiyyətinin sevimli Ermənistanın Bakının mərkəzindəki dini abidəsini- kilsəni bu gün də mühafizə edir, Makronun Fransası isə Natəvanın bu ölkədəki abidəsinə düşmən gözü ilə yanaşır. Bu sivil dünyaya yaraşmayan hərəkətdir...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN