Müğənni Tacir Şahmalıoğlunun Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevə etdiyi müraciəti Azərbaycanın bir qrup tanınmış mədəniyyət və incəsənət xadimləri dəstəkləyib

"Təzadlar" qəzetinin redaksiyasına müğənni Tacir Şahmalıoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və surəti mədəniyyət naziri Adil Kərimliyə ünvanladığı müraciəti daxil olub.

Müraciəti olduğu kimi təqdim edirik:

- Möhtərəm cənab Prezident!

İlk növbədə, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar arzulayıram. Hamı bu xoş və əlamətdar günü çox böyük sevgi hissilə və xüsusi bayram əhval-ruhiyyəsilə qeyd edir. Bir sənət adamı kimi mən də bu gözəl hissləri qəlbimdə yaşayaraq, mənəvi rahatlıq tapıram. Çünki Sizi işıqlı sabahımızın nuru, xoşbəxt gələcəyimizin təminatçısı kimi qəbul edirəm. Siz Azərbaycanın yeni və şərəfli tarixini yazmaqla 200 illik təhdidə və 30 illik Qarabağ həsrətinə son qoydunuz. Məhz Sizin uğurlu siyasətiniz nəticəsində bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, dayanıqlı və demokratik ölkə kimi tanınır. Bu üzdən də ailə üzvlərimiz başda olmaqla, yaxın çevrəmdəki insanlarla birlikdə 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi  dəstəkləməyi öz adımıza və xalqımız adına ən doğru qərar hesab edirik.

Möhtərəm cənab Prezident!

Sizə bundan əvvəlki etdiyim rəsmi müraciətdən kiçik bir sitat gətirərək, bir qədər keçmişə nəzər salmaq istəyirəm. 1976-cı ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Böyük Teatrda" Azərbaycanın ilk xalq şairi, görkəmli dramaturq Səməd Vurğunun 70 illik yubileyinə həsr olunmuş konsert proqramından sonra ümummilli liderimiz Heydər Əliyevin biz iştirakçılara göstərdiyi diqqət və qayğını hələ də unutmamışam və bu xoş təəssüratlı görüşümüzdən uzun illər keçməsinə baxmayaraq, bu görüş indi də ən şirin xatirələrdən biri kimi ruhumu isidir. Əslində onun incəsənət sahəsindəki situasiyalarla bağlı maraqlı söhbətləri çox şeylərə heyrətlənmək mərhələsini yaşayan biz tələbələr üçün yaxşıca ustad dərsləri idi və ona görə də bizim 10 günlük səfər çərçivəsindəki yaradıcılığımıza ilham verən rəmzlərdən biri, əbədi olaraq qəlbimizdə yaşayan məhz Heydər Əliyev idi, bizi ruhlandıran, yaradıcı xəyallarımıza qol-qanad verən, həyatı və incəsənəti bütün çalarları ilə və boyasız anladan bir rəmz... Həmin konsert proqramından sonra bizlərə təqdim edilən o kiçik, lakin böyük məzmun ifadə edən hədiyyələri xatırlayanda, bir daha həmin xoş xatirələr mənə tərəf boylanır və çoxsaylı hekayətlər danışır. Hətta ümummilli liderimizin bir cümləsi - "sən böyük sənət adamı olacaqsan" fikri mənim gələcək həyatımda, sonrakı illərdə bir dönüş nöqtəsi oldu. Məhz həmin illərdən "Qarabağ bülbülləri", "Mən mahnı qoşuram", "Sənətin akkordları" və "Xanəndə" kimi məşhur və sevilən Azərbaycan filmlərində öz ifa və yaradıcılığımla rol almağa başladım. Hələ uşaqkən "Qarabağ bülbülləri" ansamblının ifaçısı kimi ökəmizin hüdudlarından kənarda da tanınan və çox sevilən məşhur "Bayatı-şiraz" təsnifi ilə könüllüləri fəth edə bildim. Məhz bu gün həmin "Bayatı-şiraz" təsnifinin sədası altında Ali Baş Komandan kimi Sizin qələbə dolu söylədiyiniz fikirlərinizin yer aldığı qısametrajlı videoçarxa  baxanda, ürəyim riqqətə gəlir və bununla böyük qürur hissi keçirirəm. Bütün qeyd edilənlərin davamı olaraq, uzun illərdir ki, musiqi sahəsində çalışıram və bu illər ərzində Azərbaycan mədəniyyətinin, milli musiqinin, ədəbiyyatın inkişafında göstərdiyim xidmətlərə görə və el arasında keçirilən sorğuya əsasən, ilin müğənnisi adına layiq görülməklə yanaşı, bir çox mükafatlara da layiq görülmüşəm. İçtimai həyata bağlı olan incəsənət adamı kimi, üzərimə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirmişəm, dövlətimizin maraqlarını daim hər şeydən üstün tutmuşam. Bütün bunları bir Azərbaycan vətəndaşı kimi, özümə mənəvi-əxlaqi borcun icrası hesab etmişəm.

Hörmətli cənab Prezident!

Bu gün məhz Sizin Ali Baş Komandanlığınız altında qalib xalqın nümayəndəsi olaraq, Sizin kimi müdrik və uzaqgörən dövlət başçısına müraciət edirəm və inanıram ki, məhz Sizin humanistliyinizin nəticəsində etdiyim xahiş tərəfinizdən səmimi qəbul olunacaq və bu istiqamətdə aidiyyəti üzrə müvafiq tapşırıqlar veriləcəkdir.

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının fəxri adları haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il, 22 may 706 nömrəli fərmanının 4-cü bəndinə əsasən, Sizdən xahiş edirəm ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında yaxından iştirak etdiyimə görə, məni Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görəsiniz.

İnanıram ki, məni bu fəxri ada layiq görmək istəyən, aşağıdakı adları çəkilən tanınmış sənət adamlarının, görkəmli mədəniyyət və incəsənət xadimlərinin də bu müraciətə böyük dəstək nümayiş etdirərək, səsimə səs vermələri Sizin diqqətinizdən kənarda qalmayacaq və bu istiqamətdə tərəfinizdən müsbət qərar qəbul olunacaqdır.

Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından öz dərin  minnətdarlığımı bildirirəm.

Hörmətlə, Tacir Şahmalıoğlu.

Müraciətimi dəstəkləyən Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri:

  1. Arif Babayev - Azərbaycan Respublikasının xalq artisti
  2. Ramiz Quliyev - Azərbaycan Respublikasının xalq artisti
  3. Niyaməddin Musayev - Azərbaycan Respublikasının xalq artisti
  4. Mənsum İbrahimov - Azərbaycan Respublikasının xalq artisti
  5. Alim Qasımov - Azərbaycan Respublikasının xalq artisti
  6. Nəzakət Teymurova - Azərbaycan Respublikasının xalq artisti
  7. Aygün Bayramova - Azərbaycan Respublikasının xalq artisti
  8. Nazpəri Dostəliyeva - Azərbaycan Respublikasının xalq artisti
  9. Əminə Yusifqızı - Azərbaycan Respublikasının xalq artisti
  10. Afaq Bəşirqızı - Azərbaycan Respublikasının xalq artisti
  11. Firəngiz Mütəllimova - Azərbaycan Respublikasının xalq artisti
  12. Aybəniz Haşımova - Azərbaycan Respublikasının əməkdar artisti
  13. Mətanət İsgəndərli - Azərbaycan Respublikasının əməkdar artisti
  14. Məleykə Əsədova - Azərbaycan Respublikasının xalq artisti
  15. Aygün Kazımova - Azərbaycan Respublikasının xalq artisti
  16. Könül Kərimova - Azərbaycan Respublikasının əməkdar artisti
  17. Gülüstan Əliyeva - Azərbaycan Respublikasının əməkdar artisti
  18. Elnarə Abdullayeva - Azərbaycan Respublikasının əməkdar artisti
  19. Elza Seyidcahan - Azərbaycan Respublikasının əməkdar artisti
  20. Akif İslamzadə - müğənni
  21. Cabir Abdullayev - Azərbaycan Respublikasının əməkdar artisti
  22. Teymur Əmrah - Azərbaycan Respublikasının əməkdar artisti
  23. Xumar Qədimova - Azərbaycan Respublikasının əməkdar artisti
  24. Təyyar Bayramov - Azərbaycan Respublikasının əməkdar artisti
  25. Fatma Mahmudova - Azərbaycan Respublikasının xalq artisti
  26. Azad Şükürov - Azərbaycan Respublikasının əməkdar artisti
  27. Bəhram Bağırzadə - Azərbaycan Respublikasının əməkdar artisti
  28. Tahir İmanov - Azərbaycan Respublikasının əməkdar artisti
  29. Cabir İmanov - Azərbaycan Respublikasının əməkdar artisti
  30. Eyyub Yaqubov - Azərbaycan Respublikasının xalq artisti
  31. Ədalət Şükürov - Azərbaycan Respublikasının əməkdar artisti
  32. Zakir Əliyev - Azərbaycan Respublikasının əməkdar artisti

24 dekabr 2023-cü il,

Bakı şəhəri.

REDAKSİYADAN: Müraciət rəsmi olaraq Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN