Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır...

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı martın 18-də Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə Abşeron Mədəniyyət evində keçirilən tədbirdə deyib. O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci ildə Şuşa şəhərində iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi imzalanıb: "Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır. Bu sənəd düşmənın ürəyinə sancılan oxdur".

C.Bağçı vurğulayıb ki, Ankara Bakı ilə sarsılmaz qardaşlığını, həmrəyliyini, güclü müttəfiqlik münasibətlərini və əməkdaşlığını gələcəkdə daha da inkişaf etdirəcək: “Biz bunları tariximizdən miras olaraq almşıq. Bu əməkdaşlığı prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyində heç bir maneə tanımadan davam etdirəcəyik”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN