Bəs bundan sonra bu idarənin işçilərinin hüquqları necə qorunacaq?

Bu və ya digər sualları Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı cavablandırır:

-Xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Qanuna əsasən (05.04.2022-ci il tarixli) əvvəllər "Azneft" İB-nin strukturuna daxil olan H.Z Tağıyev adına NQÇİ -nin hüquqi mülkiyyətçisi dəyişilib. Bununla əlaqədar neftçilər öz hüquqlarını bilməlidirlər ki, sonradan hansısa xoşagəlməz vəziyyətlə qarşılaşmasınlar…

-Bu hüquqlar nələri əhatə edir? Yəni, neftçilər nələri bilməlidirlər?

- Azərbaycan Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə rəhbər heyətə daxil olan işçilər istisna olmaqla, qalan digər bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilə bilməz. Yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş digər əsaslar olduqda ləğv edilə bilər.

Yeni mülkiyyətçi tərəfindən: müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələri mülkiyyətçinin dəyişməsi əsası ilə əlaqədar ləğv edilə bilər və ya tərəflərin qarşılıqlı razılığı ilə onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər… Amma digər işçilərlə müqavilələr dəyişdirilə bilməz, əvvəlki qaydada qüvvədə saxlanılır…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN