“Şuşanı bir zamanlar “Azərbaycanın İsveçrəsi” adlandırırdılar”.
Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan “Reuters”in Şuşa şəhəri barədə reportajında yer alıb. Sitat: “İlyarım öncə Azərbaycan qüvvələrinin geri aldığı Şuşa 1992-ci ildə ermənilərin 15 min azərbaycanlı əhalini qovaraq zəbt etdiyi şəhərdir. Burada məskunlaşan və adını “Şuşi” qoyan 4 000-ə yaxın etnik erməni geridə 1992-ci ilin izlərini hələ də daşıyan boş bir şəhəri qoyub qaçıb... Yerli icra hakimiyyətinin, polis idarəsinin və baş poçt idarəsinin binası bərpa edilib, Gövhər ağa məscidinin və Qazançetsots erməni pravoslav kilsəsinin ətrafında taxtabəndlər qurulub. Üç hotelin tikintisi Azərbaycan hökumətinə hər il keçirilən Bakı Enerji Həftəsi konfransı üçün Şuşanı seçməyə və BƏƏ-nin Masdar firmasının Azərbaycan üçün birlikdə elektrik enerjisi istehsal edəcək günəş və külək elektrik stansiyaları tikəcəyini elan etməyə imkan verib. Üç supermarket açıqdır və həftədə beş avtobus Şuşa ilə Azərbaycanın paytaxtı Bakını birləşdirərək yerli turistləri və işçiləri buraya gətirir”.
Bəli, Şuşa ən yaxşı tərifə layiqdir. Şuşa tikilir, qurulur və bərpa olunur...
A.Məmmədli