Sentyabrın 28-də Ukrayna hökuməti sentyabrın 5-də imzalanmış Dövlət İnkişafı və Dayanıqlılıq-III müqaviləsi çərçivəsində Avropa İttifaqının (Aİ) qrant vəsaitləri şəklində 500 milyon avro alıb.

Tezadlar.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu vəsait dövlət büdcəsinin ümumi fonduna daxil edilib və cari dövlət xərclərinin, xüsusilə sosial və humanitar sahələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Vəsaitin bir hissəsi həmçinin kənd təsərrüfatı və ərzaq məhsullarının fasiləsiz istehsalının təmin edilməsi, o cümlədən kiçik təsərrüfatların dövriyyə vəsaitlərinə çıxışının təmin edilməsi yolu ilə ölkənin ərzaq təhlükəsizliyinin dəstəklənməsi və iqtisadi sabitliyin möhkəmləndirilməsinə yönəldiləcək.

"Aİ-nin qrant maliyyələşdirilməsi dövlət büdcəsinin xərclər tərəfinə təzyiqi artırmadan dövlətin prioritet xərclərinin maliyyələşdirilməsini təmin etməyə kömək edəcək", - maliyyə naziri Serhiy Marçenko bildirib.

Ukraynada müharibə və Aİ yardımı:

2022-ci il iyulun 19-da Aİ Ukrayna üçün 1 milyard avroluq tranş memorandumu imzalayıb.

6 avqust 2022-ci ildə məlum oldu ki, Aİ vəd edilən maliyyə yardımının yeni layihəsini hazırlayıb.

2022-ci ilin avqustunda Ukrayna müharibənin maliyyə nəticələrinin aradan qaldırılması üçün böyük yardım paketi çərçivəsində Aİ-dən 1 milyard avro, ümumilikdə 9 milyard avro alıb. Vəsaitlər prioritet büdcə ehtiyaclarını maliyyələşdirməyə kömək edəcək.

Sentyabrın 5-də baş nazir Denis Şmıxal Aİ ilə Ukraynaya 500 milyon avro məbləğində büdcə dəstəyinin verilməsinə dair sazişin imzalandığını elan edib ki, bu da məcburi köçkünlərin mənzillə təmin olunması, eləcə də kiçik fermerlərin dəstəklənməsi üçün istifadə olunacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN