"Ukrayna hakimiyyəti Kiyev yaxınlığındakı Buçada olduğu kimi, rus hərbçilərinin iddia edilən cinayətləri ilə bağlı təxribatlarla eyni ssenarini Xarkov vilayətinin İzyum şəhərində təkrarlamağa çalışır, lakin bu, çoxlu sayda uyğunsuzluqlar səbəbindən alınmır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Xarkov vilayətində müttəfiq qüvvələrin yenidən qruplaşmasından sonra (Ukrayna Prezidenti Vladimir) Zelenski rejimi hər cür yolla bu şəhərdə Buça ssenarisini təkrarlamağa çalışır. Bu ssenarini süni şəkildə uydurma sübutlar yaratmaqla özlərinə yazmağa çalışırlar", - deyə o bildirib.
"Ancaq Buçada icad edilənləri belə yaratmaq mümkün deyil", - deyə Zaxarova vurğulayıb.
"O qədər uyğunsuzluqlar var ki, bu mövzunu daha çox təbliğ etmək mümkün deyil", - Zaxarova əlavə edib.
E.ŞİRİNOV