Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev hökumətə  Türkiyənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün təcili yardım göstərməyi tapşırıb.

Bu barədə Aqorda Telegram kanalı xəbər yayıb.

Qazaxıstan Respublikasının xarici İşlər və fövqəladə hallar nazirlikləri vasitəsilə Türkiyə hakimiyyət orqanları ilə əlaqə yaradılıb.

Qeyd edilir ki, Türkiyə hökumətinin istəyi ilə yaxın vaxtlarda qazaxıstanlı xilasedicilər və həkimlər zərər çəkmiş bölgələrə uçacaq.

Xatırladaq ki, bu gecə qardaş Türkiyədə 7,7 bal gücündə dəhşətli zəlzələ hadisəsi baş verib.

Dağıntılar altında qalaraq həyatını itirənlərin sayı durmadan artır. Son məlumatlara görə, can itkisi 1014 nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəyə ilk olaraq qardaş əli uzadanlardan olub. Prezidentin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib. Və həmçinin ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yola salınacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN