Özbəkistan Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyinin bir qrup xilasedicisini, həmçinin zəlzələdən zərərçəkənlər üçün humanitar yardım göndərəcək.

Bu barədə Özbəkistan Respublikasının Prezident Şavkat Mirziyoyev müvafiq göstəriş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Türkiyəyə ümumilikdə 60 xilasedici və 3 ədəd xilasetmə texnikası göndərilir.

Xatırladaq ki, bu gecə qardaş Türkiyədə 7,7 bal gücündə dəhşətli zəlzələ baş verib.

Dağıntılar altında qalaraq həyatını itirənlərin sayı durmadan artır. Son məlumatlara görə, can itkisi 1014 nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəyə ilk olaraq qardaş əli uzadanlardan olub. Prezidentin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib. Və həmçinin ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yola salınacaq. 

Bu gün Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəyə təcili yardım göstərməyi tapşırıb.

Beləki, qazaxıstanlı xilasedicilər və həkimlərdən ibarət qrupların zərər çəkmiş bölgələrə göndəriləcəyi açıqlanıb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN