Bloomberg Sahibkarlar Konfederasiyasının və respublikadakı işgüzar dairələrin nümayəndələrinin hesablamalarına istinadən yazır ki, Türkiyədə zəlzələ nəticəsində dəyən ziyan 84 milyard dolları keçə bilər.

Konfederasiyanın hesablamalarına görə, iki güclü zəlzələnin nəticələri milli iqtisadiyyat üçün 84 milyard dollardan çox və ya ÜDM-in təxminən on faizi qədər itkilərə səbəb olacaq. Bunlardan 70,8 milyard dolları yaşayış binalarına dəymiş ziyandır.

Həmçinin ölkə büdcəsinin gəlirləri 10,4 milyard dollar azalacaq və işçi qüvvəsindəki itki 2,9 milyard dollara başa gələcək.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. 1939-cu ildən bəri ən güclü adlanır. Zəlzələnin episentri ölkənin cənubundakı Kahramanmaraş vilayətində olub. Türkiyə hakimiyyəti on əyalətdə 8 minə yaxın binanın dağıldığını və ya təcili sökülməsi lazım olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN