Hazırda Rusiya qismən səfərbərliyin yeni dalğasına hazırlaşmır.
Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Fevralın 13-də o, media ilə danışıb. Jurnalistlər Kremlin ikinci səfərbərlik dalğasının elan edilməsi ehtimalı barədə məlumatı olub-olmadığını soruşublar.
"Xeyr, belə bir məlumat yoxdur", - deyə Peskov cavab verib.
Qeyd edək ki, yanvarın sonunda Amerika mediası Rusiyada səfərbərliyin ikinci dalğasının gözlənildiyini bildirmişdi. Sonra Peskov da bu şayiələri təkzib etdi.
Xatırladaq ki, Kreml sözçüsü dəfələrlə qeyd edib ki, rusların qismən səfərbərlik çərçivəsində hərbi çağırışı tamamlanıb. O, həmçinin qeyd edib ki, diqqəti xaricdən gələn şayiələrə deyil, dövlət başçısı Vladimir Putinin bəyanatlarına yönəltməyə dəyər.
Prezident 2022-ci il noyabrın 1-də Rusiyada qismən səfərbərlik çağırışının başa çatdığını elan etdi. Dekabrda Putin qeyd edib ki, əlavə səfərbərliyə ehtiyac yoxdur.
E.ŞİRİNOV